31 Dekabr 2011 01:12
355
CƏMİYYƏT
A- A+

Yeni il ərəfəsində Hacıqabul rayonunun Abdulabad kəndinə ilk dəfə təbii qaz verilmişdir

 

Dekabrın 29-da Hacıqabul rayonunun Abdulabad kəndinə ilk dəfə təbii qaz verilmişdir. AzərTAc xəbər verir ki, kənddə olan 630 evin hamısına qaz xətti çəkilmiş və evlərdə "Smart" tipli sayğaclar quraşdırılmışdır.

Bu məqsədlə rayonun Qarasu kəndində inşa edilmiş Qazpaylayıcı Stansiyadan 16 kilometr 700 metr məsafədə, kənd daxilində isə müxtəlif diametrli 50 min 300 metr polietilen borular çəkilmişdir.

Kənddə qaz verilməsi ilə əlaqədar keçirilən mərasimdə çıxış edən rayon icra hakimiyyəti başçısı Əhməd Muxtarov, "Azəriqaz" İstehsalat Birliyi tikinti şöbəsinin rəisi Mehman İsmayılov, Hacıqabul Qaz İstehsalı Sahəsinin rəisi Elşən Rəhimov sakinləri qarşıdan gələn əlamətdar bayramlar - 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik etmişlər.

Mərasimdə çıxış edənlər Yeni il ərəfəsində onlara ərməğan edilən bu gözəl töhfəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video