18:29 18 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:27 18.09.2021

Təkcə qol çatmadı


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının yeni inzibati binasının açılışı olmuşdur
ANA SƏHİFƏ / SƏFƏRLƏR
04:11 18.11.2011

 

Noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak etmişdir.

Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, inzibati bina Qax şəhərinin Heydər Əliyev prospektində yerləşir. Binanın tikintisinə 2010-cu ilin yanvar ayında başlanılmışdır. Ətrafda əsaslı abadlıq işləri görülmüş, yaşıllıqlar salınmışdır. Ümumi sahəsi 512 kvadratmetr olan ikimərtəbəli binanın girişində ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlı gördükləri işləri əks etdirən fotoguşə də vardır. İnformasiya-kommunikasiya texnologiyalarının da tətbiq edildiyi yeni binanın bütün otaqlarında səmərəli fəaliyyət üçün hər cür şərait yaradılmışdır. Binada müasir havalandırma sistemi quraşdırılmışdır.

Bildirildi ki, 1993-cü il sentyabrın 19-da 128 nümayəndənin iştirakı ilə YAP Qax rayon təşkilatının ilk təsis konfransı keçirilmişdir. Qax rayon təşkilatı YAP-ın rayon və şəhər təşkilatlarının yaranma tarixinə görə yeddinci qurumdur. Hazırda rayon təşkilatının 3 min 415 üzvü vardır. Onların 51 faizini qadınlar, 41 faizini isə gənclər təşkil edir. YAP Qax rayon təşkilatı 70 ərazi ilk partiya təşkilatını özündə birləşdirir. Hazırda rayonda fəaliyyət göstərən bələdiyyələrin tərkibində 119 nəfər YAP üzvü çalışır.   

Dövlət başçısı konfrans zalına baxdı.

Sonra Azərbaycan Prezidenti binanın balkonundan ətrafı seyr etdi. Dövlət başçısına binanın ətrafında salınan Gənclik parkında görülmüş işlər barədə məlumat verildi. Bildirildi ki, ətraf ərazidə gənclər üçün yaşayış massivi də yaradılacaqdır.

Prezident İlham Əliyev yeni inzibati binanın açılışı münasibətilə təbriklərini çatdırdı.

AzərTAc



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM