18 Aprel 2021 00:27
1011
Mədəniyyət
A- A+

Yeddi qapı məbədi

 

Azərbaycanın Qarabağ bölgəsinin Hadrud regionu ərazisində füsunkar Yuxusən dağının ətəyində Susanlıq (Möhrənis) kəndindən piyada yolu ilə 1,2, avtomobillə 3,5 kilometr məsafədə inşa edilən abidə qeyri-adi memarlıq üslubuna malikdir. İnşa tarixi tam dəqiqləşdirilməyib, amma bir çox tarixçilərin tədqiqat əsərlərində məbədin V-VI əsrlərə aid olduğu göstərilir. Lakin bu abidənin texniki  quruluşu və tikinti üslubu onu V-VI əsr abidələrindən kəskin şəkildə fərqləndirir.  Bu da  əsas verir deyək ki, məbədin inşa tarixi daha qədimdir.

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı Faiq İsmayılov deyir ki, Yeddi qapı məbədi xüsusi memarlıq quruluşuna malik yeganə abidədir ki, onun oxşarına Azərbaycanın digər ərazilərində rast gəlinmir: “...Elmi ədəbiyyatda Yeddi qapı məbədi haqqında hər hansı bir  məlumat yoxdur. Bir çox hallarda bu məbəd haqqında erməni yazarlarının heç bir fakta əsaslanmayan məlumatlarına rast gəlmək olur ki, bu da daha çox ermənilərin Azərbaycana qarşı əsassız ərazi iddialarına xidmət edirdi”.

Məbəd haqqında yalnız bir əfsanə var. Əfsanəyə görə, məbəd torpaqlarının azadlığı uğrunda döyüşərək vəfat etmiş yeddi qardaşın tək bacısı tərəfindən onların xatirəsinə inşa edilib.  Yeddi qardaşın şərəfinə tikilmiş xatirə abidəsi zaman-zaman insanların ziyərətgahına çevrilib. Bacının məzarı da  məbədin həyətindədir. Bu fədakar qızın məzarı da ziyarətgah kimi tanınır.

 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video