01:35 17 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:47 17.09.2021

SADƏ, amma QƏTİ


00:42 17.09.2021

Onun adı Nuru paşaydı...


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Yaşıl qəhvənin gücü

ANA SƏHİFƏ / SƏHIYYƏ
00:24 25.07.2021

 

Yaşıl qəhvə normal qəhvənin xam, hələ qovrulmamış halıdır. Yaşıl qəhvə arıqlamaq istəyənlər üçün ideal seçim olmaqla bərabər, sağlığa olan faydaları ilə də seçilir.

Araşdırmalara əsasən, yaşıl qəhvənin tərkibində insan orqanizmi üçün lazım olan antioksidantlar, amin turşuları və vitaminlər var. Bu maddələr yaşıl qəhvədə adət etdiyimiz qara qəhvədən daha çoxdur.

Bundan əlavə, tərkibində olan xlorogen turşusu yüksək hərarətdə (qovrulduqda) məhv olduğu üçün qara qəhvədə yoxdur. Bu turşu arıqlamaq prosesində də çox önəmli rol oynayır. O, piylərin parçalanmasına səbəb olur.

Bununla yanaşı, xlorogen turşusu diabet, ürək-damar və xərçəng başda olmaqla bir çox xəstəliyə, Alzheimer və Parkinson kimi mühüm nevroloji problemlərə qarşı da faydalıdır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM