15 Dekabr 2011 12:12
375
Mədəniyyət
A- A+

«Yaşam» - jurnalist ömrünün salnaməsi

 

Dekabrın 14-də Azərbaycanda Atatürk Mərkəzində publisist Mənzərə Sadıqovanın "Yaşam" kitabının təqdimatı olmuşdur.

AzərTAc xəbər verir ki, kitabda müəllifin bədii-fəlsəfi düşüncələri, lirik yaradıcılığı, elmi-publisistik məqalələri toplanmışdır. Kitab geniş oxucu kütləsi, tədqiqatçılar, ali məktəblərin jurnalistika fakültəsinin tələbələri üçün nəzərdə tutulmuşdur.

Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü, professor  Nizami Cəfərov M.Sadıqovanın həm elmi, həm publisistik, həm də bədii yaradıcılığından bəhs etmişdir. Bildirmişdir ki, kitabda toplanmış yazılar janr etibarilə fərqlənsələr də, hamısında dilin axıcılığı, üslubun səlisliyi və elmi-bədii təfəkkürün aydınlığı diqqəti cəlb edir. Yazılar son 30 ilə güzgü tutur, müəllif yaşadığımız dövrün özəlliklərini, cəmiyyətdə baş verən prosesləri ziyalı nöqteyi-nəzərindən təhlil edir. Fikrin həm obrazlı, həm də birbaşa ifadə tərzi istedadlı qələm sahibi olan M.Sadıqovanın yaradıcılığının səciyyəvi cəhətləri kimi ortaya çıxır. Kitabı vərəqlədikcə müəllifin çox maraqlı qənaətləri, dünyanın gərdişinə və dövrümüzün gerçəkliklərinə fəlsəfi yanaşma tərzi ilə tanış oluruq. Yazılarda müəllifin  fəlsəfi-publisistik  düşüncələri onun dünya hikmət xəzinəsinə yetərincə bələd olduğunu göstərir.

Tədbirdə Milli Məclisin deputatları Qənirə Paşayeva, Jalə Əliyeva, professor Nadir Məmmədov, tədqiqatçı-alim Əziz Ələkbərli və başqaları çıxış etmişlər. Bildirilmişdir ki, kitabda toplanan yazılar müasir dünyamızın həqiqətlərini, qaldırılan problemlər ictimai-siyasi proseslərə münasibət baxımından müəllifin vətəndaş mövqeyini əks etdirir. Yazılarda bu gün qarşılaşdığımız müəyyən hadisələrin səbəbi geniş miqyasda, dünya və insan müstəvisində araşdırılır. Taleyindən qaçqınlıq faciəsi keçmiş M.Sadıqova mənsur şeirlərində didərginliyin obrazını yaradır, faciə qurbanlarının yurd həsrətini ürək göynədən detallarla qələmə alır.

Tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirən Mənzərə Sadıqova demişdir ki, "Yaşam"da təqdim etdiyim yazılar bir növ həyatımın tərcümanı, yaşadıqlarımın, gəzib-gördüklərimin, müşahidə etdiklərimin inikası, düşüncələrimin və duyğularımın bəhrəsidir. Bu kitab jurnalist ömrümün salnaməsidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video