15:18 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Yaşadılan tarix
ANA SƏHİFƏ / OXUCU MƏKTUBLARI
12:10 09.10.2016

 

Zəngilanı nankor ermənilər işğal etdikdən sonra rayon Tarix-Diyarşünaslıq Muzeyi Ağcəbədidəki qaçqın şəhərciyində bir otaqda yerləşirdi. Prezident İlham Əliyevin 2004-cü ildə imzaladığı “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq Abşeron rayonunun Masazır qəsəbəsində Zəngilan rayonundan olan ailələr üçün yeni salınmış şəhərcikdə muzeyin fəaliyyəti də bərpa olundu.

Respublikanın müxtəlif ərazilərində yaşayan zəngilanlılardan müxtəlif dövrləri əks etdirən eksponatlar  yığılmağa başlandı. Az vaxtda muzeyə xeyli eksponat toplandı. Hazırda burada 181 eksponat əsas fonda daxil edilib.

Muzeyə gələnlər Zəngilanın kəndləri, relyefi, təbii sərvətləri, mədəniyyət ocaqları və tarixi ilə yaxından tanış ola bilirlər. Muzeydə ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin apardıqları siyasət və respublikamızın inkişafında əvəzsiz xidmətlərini əks etdirən fotoqalereya da var. Cəbrayıl, Qubadlı, Ağdam, Qusar, Quba, Şabran, Siyəzən rayonlarının sakinləri, mədəniyyət işçiləri muzeyimizi ziyarət ediblər.

Tariximizin yaşadılmasında gənc nəslin rolunu nəzərə alaraq rayon təhsil şöbəsi ilə birlikdə xüsusi proqram da hazırlamışıq. Axı, Zəngilan hələ işğal altındadır. Lakin əminik ki, işğala tezliklə son qoyulacaq, Tarix-Diyarşünaslıq Muzeyi doğma yurdda öz fəaliyyətini davam etdirəcək, qələbə soraqlı eksponatlarla daha da zənginləşəcəkdir.

 

Tünzalə NURİYEVA,

Zəngilan Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM