04:26 24 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:24 24.09.2021

Güc simvolu


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Yaradılış” dastanı

ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
00:07 17.07.2021

 

Yaradılışın izahı, dünyanın yaranış tarixi müəmmalı fikir və faktlarla çoxluq təşkil etdiyindən fərziyyələr və həqiqətlər müxtəlif formalarla təqdim olunub. İlk qədim türk dastanlarından biri olan “Yaradılış” dastanı da bu mövzudakı fikirlərin toplusudur. Dastanda Yer kürəsinin yaranmasına dair Orta Asiyada və Sibirdə yayılmış türk mifoloji təsəvvürlər əhatə edilib. Dastana görə ilk başda Tanrı Qara xan və su mövcud olmuşdu. Qara xan dastanda yaradan qismində obrazlaşdırılıb. Sudakı dalğada görünən qadın ona “yarat” dedikdən sonra o, təbiətdə dağları, dərələri, ağacları və insanı yaratdı.

Türklərin dünyanın yaradılışı haqqında ilkin mifik inam və görüşləri bunlardan ibarətdir. Burada insanın Tanrı ilə söhbəti, qadının əmri ilə kainatın yaranması və s. kimi motivlər göstərilib.

 

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM