12:29 28 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:47 28.10.2021

Zəngəzur dəhlizi


02:41 28.10.2021

28 oktyabr


02:35 28.10.2021

Şuşanın incisi


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Yaponiyada uzunömürlülərin sayı rekord həddə çatıb
ANA SƏHİFƏ / DÜNYA
12:31 14.09.2021

 

Yaponiyada uzunömürlülərin sayı yeni rekord hədd müəyyən edərək 86 min 500 nəfəri ötüb.

AZƏRTAC xəbər verir ki, bu barədə sentyabrın 14-də Yaponiyanın Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi məlumat yayıb. Bildirilir ki, ölkə üzrə yaşı 100 və daha yuxarı sakinlərin sayı 86 min 510 nəfərə çatıb. Onların da arasında kişilərin sayı ilk dəfə 10 min həddini ötüb.

Nazirlik, həmçinin bəyan edib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 6060 nəfər çoxdur və həmin göstərici artıq 51 ildir ki, ardıcıl şəkildə artmaqda davam edir.

Məlumatda bildirilir ki, həmin şəxslərin 88,4 faizini (76 min 450 nəfər) qadınlar təşkil edir. Bu, əvvəlki, illə müqayisədə 5 min 475 nəfər çoxdur. Kişilərdə isə bu fərq 585 nəfərə bərabərdir.

Əlavə olaraq qeyd edilir ki, qadınlar arasında ən uzunömürlü Fukuoka prefekturasında yaşayan Kane Tanakadır və hazırda onun 118 yaşı var. “Ginnesin rekordlar kitabı” onu dünyanın ən yaşlı insanı elan edib. Kişilər arasında isə Nara prefekturasının 111 yaşlı sakini Mikizo Ueda ən uzunömürlü yapon kişi hesab olunur.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM