07:07 27 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:50 26.09.2021

Qüdrətin nümayişi


00:48 26.09.2021

27 sentyabr saat 06:00...


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Yaponiya, İspaniya, İtaliya, Bolqarıstan və İordaniyadan olan jurnalistlər Şuşada
ANA SƏHİFƏ / CƏMİYYƏT
14:25 31.07.2021

 

İyulun 31-də Yaponiya, İspaniya, İtaliya, Bolqarıstan və İordaniyadan olan jurnalistlər işğaldan azad edilmiş ərazilərə səfər çərçivəsində Şuşada olublar.

AZƏRTAC xəbər verir ki, Şuşa ilə tanışlıq tarixi Şuşa Bəyannaməsinin imzalandığı ərazidən və qədim Mərdinli məhəlləsindən başlanılıb.

Qonaqlara görkəmli bəstəkar, musiqişünas, ictimai xadim Üzeyir Hacıbəyli, şairə, rəssam və ictimai xadim Xurşidbanu Natəvan, Xalq artisti Bülbülün güllələnmiş heykəllərini ziyarət edən jurnalistləri bu dahi şəxsiyyətlərin həyat və yaradıcılıqları haqqında məlumat verilib. Bildirilib ki, işğal illərində ermənilər həmin heykəlləri Ermənistana apararaq əritmək istəyiblər. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə heykəllər öz əvvəlki yerinə qaytarılıb.

Sonra qonaqlar şəhərdəki Saatlı, Aşağı və Yuxarı Gövhərağa məscidlərində olublar. Məlumat verilib ki, 30 illik işğal dövründə dini abidələr, o cümlədən bu məscidlər erməni vandallığına məruz qalıb. Şuşa işğaldan azad olunandan dərhal sonra bu məscidlərdə təmir-bərpa işlərinə başlanılıb.

Daha sonra Pənahəli xanın sarayının qalıqları olan əraziyə baxış keçirilib. Xarici media nümayəndələrinə Pənahəli xanın sarayının tarixi haqqında məlumat verilib, işğal dövründə sarayın erməni vandallığına məruz qaldığı bildirilib. Jurnalistlər sarayın qalıqlarına baxıb, erməni vəhşiliyinin izlərinin şahidi olublar. Qeyd edilib ki, hazırda kompleksdə bərpa işləri aparılır.

Media nümayəndələrinin Şuşa ilə tanışlığı Qala divarlarının qarşısında davam edib. Bildirilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları baxımsızlığa və dağıntılara məruz qalıb. Şuşa İşğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.

"Şuşa" qəzetinin fəaliyyət göstərdiyi bina ilə tanışlıq zamanı jurnalistlərə tikili haqqında ətraflı məlumat verilib.

Yaponiya, İspaniya, İtaliya, Bolqarıstan və İordaniyadan gəlmiş jurnalistlər Cıdır düzündə də olublar. Media nümayəndələr Cıdır düzündən ətrafa açılan əsrarəngiz mənzərəni seyr ediblər.

Xarici jurnalistlərin Şuşa şəhəri ilə tanışlığın son dayanacağı Qazançı kilsəsi olub. Onlara burada aparılan təmir-bərpa işləri barədə məlumat verilib. Qeyd olunub ki, işğaldan azad olunan ərazilərimizdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən nəhəng yenidənqurma işləri, o cümlədən Şuşada aparılan bərpa və quruculuq prosesi Şuşanın orijinal memarlıq üslubuna uyğun olaraq gerçəkləşdirilir. Həyata keçirilən işlər çərçivəsində Qazançı kilsəsi də bərpa edilir. Bu kilsənin 1868-1887-ci illərdə qədim zərdüşt məbədi üzərində inşa olunduğu diqqətə çatdırılıb.

Bununla da xarici jurnalistlərin Şuşaya səfəri başa çatıb.

Qeyd edək ki, media nümayəndələri Şuşadan sonra Gəncə şəhərinə və Ağdam rayonuna səfər edəcəklər.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM