29 Mart 2021 15:01
713
DÜNYA
A- A+

Yaponiya aviaşirkəti COVID-19 virusu ilə bağlı rəqəmsal pasportu sınaqdan keçirib

 

Martın 29-da Yaponiyanın “All Nippon Airways Co.” (ANA) aviaşirkəti Tokionun “Haneda” beynəlxalq aeroportunda sərnişinlərin COVID-19 virusu ilə bağlı statusunu müəyyən etmək üçün “CommonPass” əlavəsini sınaqdan keçirib.

AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, həmin əlavə dünya səyahətlər sənayesinin səfərləri sadələşdirmək və təhlükəsizliyi təmin etmək proqramı çərçivəsində həyata keçirilir.

Sərnişinlərin səhhəti barədə rəqəmsal pasport rolunu oynayan bu əlavənin aeroportlarda immiqrasiya prosedurlarını sadələşdirmək məqsədi daşıdığı və Dünya İqtisadi Forumu tərəfindən dəstəkləndiyi də bildirilir. Əlavədə koronavirus testinin nəticəsi ilə yanaşı, peyvənd statusu barədə məlumat da əksini tapır.

“CommonPass”ı hazırlayan “Commons Project Foundation” fondunun bildirdiyinə görə rəqəmsal platformanı tətbiq etməkdə məqsəd ölkəyə gələn səyyahların sağlamlığı barədə daha etibarlı nəzarət modelinin yaradılmasıdır.

Həmçinin bu əlavənin insanın sağlamlığı ilə bağlı digər məlumatları aşkar etmədiyi də qeyd edilir.

Sınaqlar zamanı qeydiyyat yerində Nyu-Yorkdan gələn sərnişinlərin smartfonları vasitəsilə virus testlərinin nəticələri yoxlanılıb. Prosedurun rahat və sürətlə keçməsi həm sərnişinlərin, həm də nəzarətçilərin vaxtına qənaət etməyə imkan yaradıb.

Layihəni şərh edən ANA şirkətinin vitse-prezidenti Cyuçi Hirasava bildirib ki, yeni əlavə səyahətləri daha təhlükəsiz və rahat həyata keçirməyə imkan yaradacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video