09 Mart 2021 17:41
668
DÜNYA
A- A+

Yaponiya arakanlı qaçqınlara 19 milyon dollarlıq yardım edəcək

 

Yaponiya Arakandan olan qaçqınların ərzaq və tibbi ləvazimat tələbatını ödəmək üçün 19 milyon dollar məbləğində maliyyə yardımı ayırmışdır. Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat vermişdir.

Maliyyə dəstəyi Myanma hökumətinin təzyiq və zorakılığından qaçmış Arakan müsəlmanlarına göstəriləcək. Yardım Beynəlxalq Qırmızı Xaç Komitəsi, Dünya Ərzaq Proqramı və Beynəlxalq Miqrasiya Təşkilatının xətti ilə ediləcək.

Yardım çərçivəsində Myanma və Banqladeşdə 58 xəstəxana zəruri tibbi ləvazimatlarla təmin olunacaq, 600 min nəfərə yaxın adam ərzaq alacaq.

Xatırladaq ki, Myanmanın şimalında yerləşən Arakan ştatında müsəlmanlara hücumlar 2017-ci il avqustun 25-də “sulahlı quldurlarla mübarizə” pərdəsi altında başlamışdır. Regionda humanitar vəziyyət kəskin şəkildə pisləşmişdir.

1970-ci illərdən başlayaraq Arakan müsəlmanları sistematik hücumlara və etnik təmizləmələrə məruz qalırlar. Sayı 2 milyon nəfərə çatan myanmalı müsəlmanların təxminən 80 faizi qonşu ölkələrdə, əsasən Banqladeşdə sığınacaq tapmışdır. BMT və beynəlxalq hüquq-müdafiə təşkilatları müsəlmanlara hücumları etnik təmizləmə, yaxud soyqırımı kimi qiymətləndirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video