03 Sentyabr 2021 17:14
1141
SİYASƏT
A- A+

YAP İCAPP Daimi Komitəsinin iclasında təmsil olunub

 

Sentyabrın 3-də Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Daimi Komitəsinin videoformatda 36-cı iclası keçirilib.

Yeni Azərbaycan Partiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini Əli Əhmədov iştirak edib.

Tədbirdə Daimi Komitənin 2021-ci ilin aprel ayında keçirilən 35-ci iclasından ötən dövrdə İCAPP-ın fəaliyyəti qiymətləndirilib, qurumun 2021-ci ilin növbəti mərhələsi və 2022-ci il üçün tədbirlər planı müzakirə olunub.

İclasda, həmçinin İCAPP-ın BMT ilə əməkdaşlığının genişləndirilməsi imkanları barədə təkliflər səsləndirilib.

YAP Sədrinin müavini Əli Əhmədov tədbirdə çıxış edərək bildirib ki, 44 günlük müharibədə Azərbaycan şanlı Zəfəri ilə ərazi bütövlüyünü bərpa edib, bölgədə yeni reallıq formalaşdırıb. Kifayət qədər aktual olan təhlükəsizlik məsələləri öz növbəsində siyasi partiyalar arasındakı münasibətlərə də təsir edir. Bu baxımdan, Yeni Azərbaycan Partiyası İCAPP-ın “Təhlükəsizlik və əməkdaşlıq: siyasi partiyaların rolu” mövzusunda xüsusi konfransının keçirilməsi təklifi ilə çıxış edib. Lakin dünyadakı mövcud pandemiya şəraiti ilə əlaqədar İCAPP-ın bir çox tədbirlərinin gələn ilədək təxirə salınmasını nəzərə alaraq, YAP da təklif etdiyi xüsusi konfransın 2022-ci ilin payızınadək təxirə salınmasını məqsədəuyğun hesab edir.

Qeyd edək ki, 2009-cu ildən İCAPP Daimi Komitəsinin üzvü olan Yeni Azərbaycan Partiyası qurumun fəaliyyətində aktiv iştirak edir. İndiyədək YAP İCAPP-ın bir sıra tədbirlərinə uğurla ev sahibliyi edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video