24 Oktyabr 2021 00:25
791
CƏMİYYƏT
A- A+

YAP Gənclər Birliyi “ZƏFƏR” Parlament Debatı Forumu təşkil edəcək

 

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsindəki tarixi qələbəmizə həsr olunan “ZƏFƏR” Parlament Debatı Forumu keçiriləcək.

Partiyanın Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, forum çərçivəsində 100-dək gənc Qarabağa həsr olunan mövzu ətrafında debat yarışlarında iştirak etmək şansı qazanacaq. Bütün iştirakçılar turnirdən əvvəl Parlament Debat formatına uyğun olaraq xüsusi təlim prosesinə cəlb ediləcək.

Qeyd edək ki, layihə “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilir.

Vətən müharibəsində Qələbəyə həsr edilən Parlament Debatı Forumunun iştirakçısı olmaq üçün fərdi qaydada və ya komanda şəklində (komanda 2 nəfərdən ibarət olmalıdır) qeydiyyatdan keçmək mümkündür.

Xatırladaq ki, oktyabrın 26-sı saat 12:00 müraciət üçün son tarixdir.

“ZƏFƏR” Parlament Debatı Forumuna qeydiyyat üçün keçid: https://forms.gle/cnn8GKkqDrDN599CA

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video