28 Oktyabr 2011 12:10
394
DÜNYA
A- A+

Xorvatiyanın hakim partiyası korrupsiyada ittiham olunur

 

Xorvatiyanın Korrupsiya və Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Bürosu (USKOK) hakim "Xorvatiya demokratik birliyi" (HDZ) partiyası barəsində genişmiqyaslı təhqiqata başlamışdır. Bu barədə ölkənin Baş naziri və HDZ-nin lideri Yadranka Kosora istinadən "Frans Press" agentliyi xəbər verir. Kosorun dediyinə görə, HDZ-nin qanunsuz malyyələşdirilməsi ilə bağlı məlumatla əlaqədar antikorrupsiya təhqiqatının başlanması barədə partiya xəbərdar edilmişdir. Şübhəli şəxslər arasında keçmiş Baş nazir İvo Sanader və bir sıra digər tanınmış siyasətçilər var. Kosorun potensial korrupsionerlər siyahısında adı yoxdur.

"Röyter" agentliyi xəbər verir ki, işlə bağlı ilk dinləmələr bu gün keçiriləcək. Məlumata görə, ümumilikdə hakim partiyanın hesabına dövlət şirkətləri tərəfindən ayrılmış təxminən 30 milyon kun (4 milyon avro) köçürülmüşdür. Bu vəsaitdən 2003-cü və 2007-ci il parlament seçkilərində seçki kampaniyalarını maliyyələşdirmək üçün istifadə olunmuşdur.

Bundan əlavə, büro partiyanı 2005-ci il prezident seçkilərində məğlub olmuş Yadranka Kosorun seçkiqabağı kampaniyasını qanunsuz olaraq maliyyələşdirməkdə şübhəli bilir. Sabiq Baş nazir Sanader həmçinin bir sıra digər cinayətlərdə ittiham edilir. Bir müddət Avstriyada gizlənmiş Sanader 2011-ci ildə vətəninə ekstradisiya olunmuş və həbs edilmişdir. Siyasətçi 2003-2009-cu illərdə Xorvatiya hökumətinə başçılıq etmişdir. Qeyd edək ki, 2009-cu ildən HDZ-yə rəhbərlik edən Yadranka Kosor korrupsiya ilə mübarizəni əsas vəzifə elan etmişdir. 2013-cü ildə Xorvatiya Avropa İttifaqının tərkibinə daxil olmalıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video