28 Iyun 2021 22:55
1302
İDMAN
A- A+

Xorvatiya komandasını məğlub edən İspaniya millisi dörddəbir finala vəsiqə qazanıb

 

İyunun 28-də futbol üzrə Avropa çempionatının səkkizdəbir final mərhələsinin növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, Kopenhagendəki “Parken” stadionunda baş tutan görüşdə Xorvatiya və İspaniya milliləri üz-üzə gəliblər. Türkiyəli FIFA referisi Cüneyt Çakırın idarə etdiyi qarşılaşma İspaniya yığmasının 5:3 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda ilk təhlükəli vəziyyəti 16-cı dəqiqədə İspaniya millisi yaradıb. Serxio Busketsin mərkəzdən cərimə meydançasına ötürməsindən sonra Kokenin zərbəsini rəqib qapıçı çətinlikdə dəf edib.

İspanların üstünlüyünə baxmayaraq, qarşılaşmanın 20-ci dəqiqəsində Xorvatiya millisi hesabda önə çıxıb. İspaniya millisinin futbolçusu Pedrinin ötürməsini qapıçının qəbul edə bilməməsi nəticəsində avtoqol qeydə alınıb.

Bu qoldan sonra rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradan İspaniya seçməsi 38-ci dəqiqədə hesabı bərabərləşdirməyə nail olub. Pablo Sarabiya komandası üçün vacib qola imza atıb.

Birinci hissə 1:1 hesabı ilə başa çatıb. Fasilədən sonra daha inamla oynayan ispanlar 58-ci dəqiqə hesabda irəli çıxıblar. Ferran Torresin cinah ötürməsindən sonra topa hamıdan tez yetişən Sezar Aspilikueta başla qapıya dəqiq zərbə endirib.

Qarşılaşmanın 77-ci dəqiqəsində İspaniya millisi üçüncü dəfə fərqlənib. Ferran Tores fərdi ustalığı sayəsində qapıçı ilə təkbətək mübarizədən qalib ayrılıb.

Görüşün 84-cü dəqiqəsində Xorvatiya seçməsi hesab arasındakı fərqi yenidən bir topa endirib. Mislav Orşıç cərimə meydançasında yaranmış qarışıqlıqdan istifadə edərək komandasının ilkinçi qoluna imza atıb. Oyunun əsas vaxtına əlavə olunmuş dəqiqələrdə xorvatlar geridönüş edərək yenidən fərqlənməyə nail olublar. Mario Paşaliş Mislav Orşıçin ötürməsini dəqiq baş zərbəsi ilə tamamlayıb.

Görüşün əsas vaxtı 3:3 hesabı ilə başa çatıb. Oyunda qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqəlik iki hissədən ibarət əlavə vaxt oynanılıb. Artırılan vaxtın 10-cu dəqiqəsində İspaniya millisi daha bir qol vurub. Bu dəfə Alvaro Morata fərqlənib. Bundan üç dəqiqə sonra İspaniya komandsının yarımüdafiəçisi Mikel Oyarsabal oyunda son nöqtəni qoyub.

Beləliklə, İspaniya millisi Xorvatiya komandasını 5:3 hesabı ilə məğlub edərək dörddəbir final mərhələsinə vəsiqə qazanıb. İspanların növbəti mərhələdəkı rəqibi Fransa-İsveçrə qarşılaşmasının qalibi olacaq. Günün son oyununda məhz bu komandalar üz-üzə gələcək. Buxarestdə oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Xatırladaq ki, bundan əvvəl dörddəbir final mərhələsinin dörd iştirakçısı müəyyənləşib. İyulun 2-də Münhendə Belçika və İtaliya, iyulun 3-də isə Bakıda Çexiya və Danimarka milliləri qarşılaşacaqlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video