17:52 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Xocalıda baş verənlər 10-dan çox dövlət tərəfindən soyqırımı kimi tanınır
ANA SƏHİFƏ / QƏBULLAR
19:24 25.10.2019

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 25-də Cibuti Respublikasının Prezidenti İsmail Ömər Qelleh ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Cibuti Prezidenti Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Prezident İsmail Ömər Qelleh Azərbaycanın qonşu dövlətin təcavüzünə məruz qaldığını, münaqişənin həlli ilə bağlı Azərbaycanın haqlı tələbinin legitim xarakter daşıdığını vurğuladı. Dövlət başçısı Cibuti Milli Assambleyasında Xocalıda baş verənlərin soyqırımı kimi tanınması ilə bağlı qətnamənin qəbul edildiyini xatırlatdı.

Prezident İlham Əliyev ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın və qarşılıqlı dəstəyin vacibliyini qeyd etdi. Azərbaycan Prezidenti Xocalıda baş verənlərin 10-dan çox dövlət tərəfindən soyqırımı kimi tanındığını bildirdi. Dövlətimizin başçısı Cibuti Milli Assambleyasının Xocalı soyqırımı ilə bağlı qəbul etdiyi qətnamənin yüksək qiymətləndirildiyini nəzərə çatdırdı.

Görüşdə ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparıldı.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM