29 Fevral 2012 02:02
518
SİYASƏT
A- A+

Xocalı soyqırımı haqqında bütün dünya bilməlidir

 

26 fevral Azərbaycan xalqı üçün çox ağrılı bir gündür. Bəşər tarixində ən dəhşətli faciələrdən biri olan bu günü xalqımız böyük hüzn və kədərlə qeyd edir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda ermənilərin törətdikləri dəhşətli hadisələr Azərbaycanın tarixinə qanlı hərflərlə yazılmışdır. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Milli Məclis tərəfindən bu hadisələrə hüquqi-siyasi qiymət verilmişdir. Bu yaxınlarda Pakistan və Meksika parlamentlərinin Xocalı faciəsini soyqırımı kimi tanıması ulu öndər Heydər Əliyev siyasi kursunu davam etdirən Azərbaycan Prezidentinin  xarici siyasətinin uğurlu addımlarından hesab etmək olar.      

XX əsrin ən dəhşətli və qanlı faciələrindən biri olan Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar yığıncaqlar, mitinqlər, habelə digər tədbirlər bu il coğrafi genişliyi və ictimai rəyə təsir etmə, həqiqəti dünya ictimaiyyətinə çatdırmaq baxımından fərqlənir. Bu tədbirlər həm də onu sübut etdi ki, ötən 20 il Xocalının dinc sakinlərinə erməni faşistlərinin qanlı divan tutmasının dəhşətlərini yaddaşlardan silə bilməmişdir.

Respublikamızın hər yerində olduğu kimi, Bakının Nizami royonunda da  Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar tədbirlər keçirildi. Rayon ağsaqqallar şurasının nümayəndələrindən  Osman Kərimov, Nadir Hacıyev, İslam Mustafayev, İnşallah Baxşəliyev, Vəliş Yadigarov və başqaları rayonun idarə və müəssisələrində ictimaiyyətin nümayəndələri, xüsusilə gənclərlə keçirilən görüşlərdə bir daha xatırlatmışlar ki,  o gecə silahlı erməni faşistləri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin köməyi ilə Azərbaycanın bu qədim şəhəri üzərinə hücum etmiş, onun dinc əhalisini etnik mənsubiyyətinə  - azərbaycanlı olduqlarına görə  amansızcasına öldürmüş, işgəncələr vermiş, şikəst etmiş, ağlasığmaz qanlı hadisələr törətmişlər.

Fevralın 26-da Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar paytaxtın Azadlıq meydanından Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəyə doğru Azərbaycan Prezidenti İlham Əliyevin öndə olduğu ümumxalq yürüşündə rayon gənclərinin əksəriyyəti iştirak etmişdir. Bu yürüş həm də dövlət başçısı ilə xalqın birliyini nümayiş etdirdi. Onlar əllərində  qanlı qırğının günahsız qurbanlarının - xüsusilə qəddarlıqla qətlə yetirilmiş uşaqların, qadınların və qocaların portretlərini,  20 il bundan əvvəl baş vermiş hadisənin dəhşətli səhnələrini əks etdirən fotoşəkillər, faciənin təşkilatçılarından cavab tələb etmək, onları cəzalandırmaq, bu soyqırımına beynəlxalq səviyyədə obyektiv siyasi-hüquqi qiymət vermək barədə çağırışlar, qurbanların adları, soyadları yazılmış plakatlar və transparantlar tutmuşdular. 

Biz veteranlar, eləcə də rayonumuzun gəncləri tam əminik ki, Prezidentin uğurlu siyasəti sayəsində Azərbaycanın haqq səsi bütün dünyada eşidiləcək, erməni faşistlərin mənfur əməlləri beynəlxalq səviyyədə qınaq obyektinə çevriləcək, Xocalı qırğınının təqsirkarları haqlı cəzasına çatacaq, Azərbaycan xalqı işgal altındakı torpaqlarını tezliklə azad edəcək və ölkəmizin ərazi bütövlüyü bərpa olunacaqdır.

 

Mayıl ƏLİYEV,

Nizami Rayon Ağsaqqallar Şurasının sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video