30 Iyul 2021 01:02
959
CƏMİYYƏT
A- A+

XİN və ADA Universitetinin birgə təşkilatçılığı ilə ikinci “Diplomatiya həftəsi” keçirilib

 

İyulun 22-29-da Xarici İşlər Nazirliyi (XİN) və ADA Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilən “44 günlük Vətən müharibəsi və müharibədən sonra Azərbaycanın xarici siyasəti” mövzusunda ikinci “Diplomatiya həftəsi” keçirilib.

XİN-in Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, “Diplomatiya həftəsi”nin 7-ci günündə iyulun 22-də layihə iştirakçıları Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva və CBC TV-nin baş direktoru Vüqar Xəlilov ilə görüşüb və media ilə əməkdaşlıq, xüsusilə də Vətən müharibəsi zamanı xarici mətbuatla iş məsələlərini müzakirə ediblər.

İyulun 23-də layihənin növbəti günündə Milli Məclisin üzvü Kamal Cəfərov ilə görüşən tədbir iştirakçıları Azərbaycanın parlament diplomatiyası barədə ətraflı məlumat əldə ediblər. Eyni zamanda iştirakçıların Milli Məclisə səfəri baş tutub. Milli Məclisin nəzdində fəaliyyət göstərən muzeyə ekskursiya təşkil olunub və Milli Məclisin Beynəlxalq münasibətlər şöbəsinin müdir müavini Babək Ağayevin çıxışı dinlənilib.

İyulun 26-da layihə iştirakçıları Birinci Fəxri xiyabanı ziyarət edib, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini yad ediblər. Eyni zamanda iştirakçılar Bakıdakı Türk Şəhidliyini, Şəhidlər xiyabanını və İkinci Fəxri xiyabanı ziyarət edərək Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini hörmətlə anıblar.

Layihənin 10-cu günündə Xarici İşlər Nazirliyinin Beynəlxalq təhlükəsizlik idarəsinin rəisi Yalçın Rəfiyevin, həmçinin Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanovun iştirakçılarla görüşü keçirilib. İştirakçı gənclər Azərbaycanın beynəlxalq təşkilatlarda təmsil olunması, Latın Amerikası ölkələri ilə münasibətlərimiz barədə məlumatlanıblar. Eyni zamanda iştirakçılar məşhur fotoqraf Rza Deqqəti ilə görüşüblər.

İyulun 28-də layihənin 11-ci günündə tədbir iştirakçıları Xarici İşlər Nazirliyinə səfər ediblər, nazirlikdə Konsulluq idarəsinin rəisi Emil Səfərov, habelə Mətbuat xidməti idarəsinin rəis müavini İlahə Novruzova ilə görüşlər keçiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video