Xəzərə könül bağlamışdı, Xəzər də apardı
Neftçi Süleyman Bağırov nehrəmli Orucəli kişinin altı oğlundan biri idi. İkinci dünya müharibəsinə yola düşən üç qardaşından ikisi cəbhədə həlak olduqdan sonra gənc Süleyman döyüşə getmək məqsədilə hərbi komissarlığa gəlir.
Amma artıq 1944-cü il idi. Müharibədə əsaslı dönüş yaranmışdı, qələbə uzaqda deyildi. Ona görə də Dövlət Müdafiə Komitəsinin yollayışı ilə neft mədənlərinə işləməyə göndərildi. Süleyman bir anlığa pərt olsa da, sonra dərk etdi ki, elə göndərildiyi yer də bir cəbhədir. Çünki müharibədən sonra ölkənin dirçəlişi üçün yanacaq hava-su kimi gərək olacaqdı.
Süleyman Bağırov "Artyomneft"in qazma kontorunda çalışır. Burada qazmaçı köməkçisi kimi işləyərək yüksəkixtisaslı qazmaçı kimi püxtələşir. Gürganda, Çilovda neçə-neçə quyular qazır. Yeri gəldikcə buruq ustasını əvəz edir və burada da özünü işin dərin bilicisi kimi göstərir. Ona həmişə geoloji quruluşu mürəkkəb olan quyular etibar edilir.
Süleyman Bağırov möhkəm bədən quruluşuna malik bir cavan idi. Onda əsl idmançı çevikliyi vardı. İradəsi polad kimi möhkəm, xasiyyəti qətiyyətli idi. Bununla belə, çox həssas qəlbi vardı. Həmişə qayğıkeş olar, xeyirxahlıq edər, köməyini dost-tanışdan əsirgəməzdi.
Süleyman gənc olmasına baxmayaraq, uzaqgörən idi. Sonralar Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş məşhur qazmaçı İsrafil Hüseynovun ustası olmuşdu. İsrafilin gələcəyinə ümid bəsləyərək ona sənətinin sirlərini öyrətmişdi.
Süleyman Xəzərə bütün qəlbi ilə bağlanmışdı, həyatını dənizsiz, neftsiz təsəvvür etmirdi. Çox təəssüf ki, Xəzər onun həm də son mənzili oldu. 1957-ci ilin noyabr ayında Neft Daşlarında baş verən qasırğa zamanı 21 neftçi həlak oldu. Onların arasında burada çalışan Süleyman da vardı. Xəzərin bu fədailərinin hamısı cavan idi, çoxu hələ heç evlənməmişdi. Süleymanın isə iki körpə balası vardı...
Azərbaycanın neft sənayesinin, Xəzərdə neftçıxarmanın tarixini vərəqlədikcə keçən əsrin 57-ci ilinin payızında baş vermiş bu faciənin qurbanları da yada düşür. Onların əməlləri neftçilərimiz üçün örnək, işıqlı xatirələri isə xalqımız üçün əzizdir.
Vahid HACIYEV,
"Neft Daşları" qəzetinin əməkdaşı
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb
25 Aprel
İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq
25 Aprel
Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar
25 Aprel
Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməs...
25 Aprel
Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur
25 Aprel
Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlə...
25 Aprel
Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir
25 Aprel
Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib
25 Aprel
Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır ...
25 Aprel
Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!