18:38 02 Avqust 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Xəzər Siyasət Mərkəzinin Məşvərət Şurasının üzvləri bəyanatla çıxış ediblər
ANA SƏHİFƏ / SİYASƏT
22:37 13.06.2021

 

İyunun 12-də Azərbaycan və Ermənistan iki ölkə arasında və ümumilikdə, Cənubi Qafqazda gərginliyi azaltmaq üçün vacib addımlar atıb. Bu bəyanatla Xəzər Siyasət Mərkəzinin Məşvərət Şurasının üzvləri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta və səfir Riçard Hoqland çıxış ediblər.

Xəzər Siyasət Mərkəzindən AZƏRTAC-a daxil olan bəyanatda bildirilir ki, Azərbaycan ərazisinə qanunsuz keçdiyinə görə saxlanılan 15 Ermənistan vətəndaşını sərbəst buraxıb və Ermənistan Azərbaycanın nəzarətinə qayıdan ərazilərdə tank və piyada əleyhinə yerləşdirilən minaların xəritələrini təqdim edib. Mübadilə Gürcüstan-Azərbaycan sərhədində Gürcüstan hökumət nümayəndələrinin iştirakı ilə reallaşıb.

Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə 2020-ci ilin noyabrında imzalanan, Ermənistan və Azərbaycan arasında döyüşlərə son qoyan atəşkəs bəyanatına baxmayaraq, son aylarda gərginliyin ciddi şəkildə artdığının vurğulandığı bəyanatda deyilir: “Azərbaycanın saxlanılan erməniləri geri qaytarması və Ermənistanın əvvəllər işğal olunmuş ərazilərin minalardan təmizlənməsinə yardım edəcək məlumatları təqdim etməklə bağlı qərarı Cənubi Qafqazda artan gərginliyin dayandırılmasında vacib rol oynayır. Ümidvarıq ki, hər iki ölkə davamlı sülhün qurulması yolunda daha qətiyyətlə irəliləyəcək”.

“Eyni zamanda, Ermənistan və Azərbaycan hökumətlərinin iyunun 12-də atdığı addımlar nə qədər vacib, zəruri və yüksək səviyyədə qarşılansa da, on illərlə davam edən qarşıdurmaya son qoymaq və hər iki ölkəyə davamlı sülh yaratmağa kömək etmək üçün səylər davam etdirilməlidir. İyunun 12-də atılan addımlar mərkəzləşdirilmiş, dayanıqlı və yüksək səviyyəli diplomatiyanın təsirli ola biləcəyini göstərdi. ABŞ, ATƏT-in Minsk qrupu və təsir gücünə malik digərləri prosesi irəli aparmaq üçün çalışmağa davam etməlidirlər” – deyə bəyanda vurğulanır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM