01 Noyabr 2011 02:11
413
İDMAN
A- A+

«Xəzər Lənkəran» birinci dövrənin lideridir

 

«Qarabağ» Ağdama qələbə ilə qayıtdı

 

Unibank Premyer Liqasında birinci dövrənin sonuncu, 11-ci turunun oyunlarına yekun vurulmuşdur. Altı oyunun dördündə meydan sahibləri, ikisində isə qonaqlar qələbə qazanmışlar.

Turun ilk matçı Ağdamda keçirildi. Quzanlı stadionunun ot örtüyünün yenidən qurulması ilə bağlı bir neçə tur rəqiblərini paytaxtda qəbul etmiş "Qarabağ", nəhayət, azarkeşləri önündə "Bakı"nı qəbul edirdi. Bakılılar son turda lider "Xəzər Lənkəran"ın üzərində qələbəni son anda əldən versələr də,  sərgilədikləri oyun bəyənilmişdi. "Bakı"nın son oyunundan təxminən bir həftəyə yaxın vaxt keçsə də, "Qarabağ" həftəiçi daha bir matç keçirmişdi. Özü də "Neftçi" ilə qarşılaşmada iki top vurub hesabda irəli çıxsa da, sonradan qapısında üç qol görərək məğlub olmuşdu. Bu səbəbdən ağdamlıların düşərgəsində yorğunluqla yanaşı, əhval-ruhiyyə də qaydasında deyildi. Bütün bunlara baxmayaraq, "Qarabağ" bu çətin qarşılaşmada lazım olan nəticəni əldə etdi. Komandanın heyətində Admir Teli və Rəşad Sadiqov fərqləndilər. "Bakı" isə Marius Verpakovskis ilə bu qollardan yalnız birinin əvəzini çıxa bildi - 2:1.

Günün digər matçında "Xəzər Lənkəran" doğma meydanda "Kəpəz"i qəbul edirdi. Bundan əvvəlki tur hər iki komanda üçün heç-heçə ilə yadda qalmışdı. "Xəzər Lənkəran" səfərdə "Bakı" ilə qarşılaşmada (3:3), "Kəpəz" isə "Neftçi" ilə oyunda (1:1) xalları bölüşdürmüşdü.

Görüş "Xəzər Lənkəran"ın cari mövsümdə altıncı ev qarşılaşması idi. Meydan sahibləri bundan əvvəl Lənkəranda keçirilmiş beş matçın hamısından qələbə ilə ayrılmışdılar. Bu dəfə də ənənə təkrarlandı. Gün ərzində təxirə salınacağı gözlənilən matç axırda AFFA və PFL-in tələbi ilə keçirildi. Lakin aramsız yağan yağış stadionu elə vəziyyətə salmışdı ki, meydanda baş verənləri futbol adlandırmaq belə çətin idi. Komandaların su içində oynadığı görüş liderin minimal hesablı qələbəsi ilə nəticələndi - 1:0.

İkinci oyun günündə daha iki qarşılaşma keçirildi. "Neftçi" "Dalğa Arena"da "Turan"ı qəbul edirdi.  Oyun paytaxt təmsilçisi üçün gözlənildiyi kimi heç də asan alınmadı. Daha çox müdafiəyə diqqət yetirən Tovuz klubu rəqibə qol vurmaq şansı verməmək üçün əlindən gələni edirdi.   Hətta görüşün 40-cı dəqiqəsində "Neftçi"nin heyətində braziliyalı futbolçu Flavinyo penalti zərbəsini dəqiq yerinə yetirə bilmədi. Bununla belə, paytaxt klubu əzəli rəqibini məğlub etməyi bacardı. Matçın son dəqiqəsində qapı qarşısında yaranan qarışıqlıqdan istifadə edən Bahadur Nasimov qələbə qolunu vurdu-1:0.

Günün digər oyununda - "Qəbələ"-"Simurq" görüşündə də meydan sahiblərinin qələbə qazanacağını gözləyənlər çox idi. Amma zaqatalalılar bu proqnozları puça çıxardılar. Oyuna sürətli başlayan "Simurq" hər hissədə bir qol vuraraq öz qapısından top buraxmadı.

Bu məğlubiyyət bir daha göstərdi ki, "Qəbələ" hələ də çempionluq uğrunda mübarizə aparmağa hazır deyil. "Simurq" isə aşağı pillələrdə yer almağa layiq olmadığını sübut etdi. Qazanılmış üç xal Zaqatala təmsilçisini turnir cədvəlində iki pillə irəlilətdi.

11-ci turun son oyun günündə daha iki qarşılaşma keçirildi. "Rəvan" "Dalğa Arena"da "İnter"i qəbul edirdi. Paytaxt təmsilçisi keçirdiyi son 4 görüşün yalnız birində - "Qarabağ"la oyunda heç-heçə etmiş, digərlərini isə qələbə ilə başa vurmuşdu. Özü də bu qələbələrdən biri "Qəbələ", digəri isə AZAL-la səfər matçında qeydə alınmışdı. "İnter" isə son üç turda "Xəzər Lənkəran" və "Neftçi" üzərində qələbə qazanmış, "Qəbələ" ilə  heç-heçə oynamışdı.

Azarkeşlər bu klubların ifasında kifayət qədər maraqlı və açıq futbolun şahidi oldular. Bu isə daha çox "İnter"in işinə yaradı. Belə ki, qısa müddət ərzində iki qol vurmuş "bankirlər" matçın taleyini 2:1 hesabı ilə öz xeyirlərinə həll etdilər.

Günün digər matçı isə çempionatın aşkar autsayderləri - "Sumqayıt Şəhər"lə AZAL arasında keçirildi. Paytaxt klubu  son vaxtlar qələbə üzünə həsrət qalmışdı. Xüsusilə son turda "Rəvan"la ev oyununda məğlubiyyət komandada əhval-ruhiyyəni aşağı salmışdı. "Sumqayıt Şəhər" isə ümumiyyətlə qələbə qazana bilməmişdi. Debütant, nəhayət, bu dəfə istəyinə çatdı - 2:1. 

Turnir cədvəlində vəziyyət belədir:

 

 

Командалар

О

Г

Щ

М

Т-Ф

Х

1

“Хязяр Лянкяран”

11

8

2

1

17-7

26

2

“Нефтчи”

11

7

1

3

16-9

22

3

“Интер”

11

6

3

2

10-7

21

4

“Гарабаь”

11

6

2

3

15-10

20

5

“Бакы”

11

4

4

3

12-10

16

6

“Гябяля”

11

4

3

4

12-13

15

7

“Ряван”

11

3

4

4

14-15

13

8

“Кяпяз”

11

3

3

5

15-17

12

9

“Симург”

11

3

2

5

9-12

11

10

“Туран”

11

3

1

7

8-14

10

11

АЗАЛ

11

2

4

5

12-16

10

12

“Сумгайыт Шящяр”

11

1

3

7

5-15

6

 

Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video