29 Sentyabr 2021 01:06
487
CƏMİYYƏT
A- A+

Xəzər dənizində köməksiz vəziyyətdə qalan üç nəfər xilas edilib

 

Azərbaycan Respublikasının dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin olunması, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi və xilasetmə tədbirlərinin həyata keçirilməsi fəaliyyətləri davam etdirilir.  

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat mərkəzindən bildiriblər ki, sentyabrın 25-də saat 05:25 radələrində Fövqəladə Hallar Nazirliyinin böhran vəziyyətində idarəetmə mərkəzindən DSX Sahil Mühafizəsinin Baş Komanda-Nəzarət Mərkəzinə Zirə istiqamətindən dənizə çıxmış və sahildən 10 kilometr məsafədə köməksiz vəziyyətdə qalmış qayığın üç nəfərlik heyətinin xilas edilməsi üçün müraciət edildiyi barədə məlumat daxil olub.

Qısa müddətdə həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində Xəzər dənizinin mərkəzi hissəsində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi tərəfindən “Şah dili” burnu istiqamətində sahildən təxminən yeddi kilometr məsafədə üç nəfər heyət üzvü olan taxta qayıq aşkarlanıb.

Üzmə vasitəsinin heyəti gəminin göyərtəsinə təxliyə olunub və həmin şəxslərə ilkin tibbi yardım göstərilib. Qayıq isə yedəyə alınaraq sahilə çıxarılıb. Xilas edilmiş şəxslərin Bakı şəhər sakinləri 1996-cı il təvəllüdlü Elnur Sürəddin  oğlu Zeynalov, 1989-cu il təvəllüdlü Rəşid Fikrət oğlu Məhərrəmov və 1992-ci il təvəllüdlü Rüfət Rauf oğlu Fətullayev olmaları müəyyənləşdirilib.

 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video