28 Avqust 2021 15:14
712
CƏMİYYƏT
A- A+

Xəzər dənizində balıq ehtiyatları yüz dəfələrlə azalıb

 

Xəzər dənizinin hazırkı vəziyyəti onu göstərir ki, dəniz 30-40 il əvvəlki dövrdə olduğu kimi deyil. Xəzər dənizində o qədər balıq ehtiyatı daha yoxdur. Tədqiqatlar zamanı balıq ehtiyatlarının yüz dəfələrlə azalması məlum olub.

Hər kəs başa düşməlidir ki, Xəzər dənizi qapalı hövzədir. Buna görə də orada çox məhdud sayda olan balıq növlərini qorumalıyıq.

AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru Mehman Axundov deyib.

M.Axundov bildirib ki, əgər dünyada 23 min balıq növü varsa, Xəzər dənizində bu say 120-yə qədərdir: "Dənizin Azərbaycan sektorunda isə 80-ə qədər balıq növü mövcuddur. Növlərin sayı az olmaqla bərabər, əksər hissəsi endemikdir, yəni yalnız Xəzər dənizində yaşayır.

Balıq ehtiyatlarının çoxalması üçün qiymətli balıq növlərini artırıb təbii su hövzələrinə buraxırıq. Lakin bu, kifayət etmir. Dənizin səviyyəsi 2005-ci illə müqayisədə 1,5 metr enib. Son 10 il ərzində Kürün axar həcmi 40-50 faiz azalıb. Volqa çayında da həmin proses müşahidə olunmaqdadır. Son illər dənizin suyunun Kürün aşağı axarına girməsini görürük. Belə vəziyyətdə balıqlar çaya girib kürü tökə, çoxala bilmirlər. Real olaraq görürük ki, balıq ehtiyatları azalmaqda davam edəcək. Yaxın illərdə bəzi balıqların yox olmasına da şahid ola bilərik. Çıxış yolu balıq ovlamadan balıq yetişdirməyə, akvakulturaya keçməkdir. Bunun üçün proqram, strategiya hazırlanmalı, ciddi tədbirlər görülməlidir".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video