Xatirə bulaq
Büzeyir ucqar dağ kəndidir. Lerik-Kərvəz magistral yolunun üstündə, dəniz səviyyəsindən 2000 metr hündürlükdə yerləşir. Kənd daha çox qədim insan məskənləri - Büzeyir və Zuvandçay mağaraları ilə tanınır. Bumbuz bulaqları, quşqonmaz qayaları var bu kəndin. Yamaclarında bitən otlar və çiçəklər min bir dərdin dərmanıdır. Əməksevər adamları dağlar qoynunda meyvə bağları salıblar. Onlar tərəvəz əkib becərir, arıçılıqla məşğul olurlar.
Burada II Dünya müharibəsində, eləcə də Qarabağ döyüşlərində həlak olanların xatirəsi də əbədiləşdirilib. 1941-1945-ci illər müharibəsinin veteranı Balamirzə Kəlbiyev Qafqazdan Praqayadək döyüş yolu keçmişdi. Bir ayağını itirib əlil qayıtmışdı. Yarım əsr müəllim işlədi. Kənd ağsaqqallar şurasının sədri idi. O, 93 yaşında dünyasını dəyişdi. Büzeyirin ziyalıları Balamirzə müəllimin xatirəsinə bulaq tikməyi qərara aldılar. Bu xeyirxah işə çox adam qoşuldu. Bir kilometr məsafədən dağdakı bulağın suyu yolun kənarına çəkildi, ağsaqqalların təklifi ilə “Baba bulağı” adlandırıldı.
“Baba bulağı”nın ətrafında dincəlmək üçün yer də ayrıldı. Yolçular burada ayaq saxlayır, saf sudan içib ətrafı seyr edirlər. Bulağın suyundan təkcə yoldan keçənlər deyil, yaxın kəndlərin, Lerik şəhərinin yüzlərlə sakini də istifadə edir. Büzeyir ziyalıları bulağın ətrafında ağac və gül kolları əkib, abadlıq işləri aparıblar.
Ruslan İSMAYILOĞLU,
Lerik şəhəri
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
A.İ.İsmayılovun 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında...
25 Aprel
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
25 Aprel
"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respub...
25 Aprel
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası P...
25 Aprel
"RESPUBLİKA DİAQNOSTİKA MƏRKƏZİ" ASC-nin səhmdarlarının nəzərinə
25 Aprel
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin tabeliyində olan struktur idarələrə tələb olunan tikinti...
25 Aprel
Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb
25 Aprel
Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub
24 Aprel
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
24 Aprel
COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb ...
24 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!