22:38 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Xarkov meriyasında Azərbaycan diaspor nümayəndələri ilə görüş keçirilib  
 
ANA SƏHİFƏ / CƏMİYYƏT
11:02 16.09.2021

Xarkov şəhər meriyasında Azərbaycanın diaspor rəhbərləri, fəalları, ictimai-siyasi xadimləri ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə Xarkov Şəhər Şurasının katibi, merin səlahiyyətlərini icra edən İqor Terexov, Ukraynada səfərdə olan Azərbaycan mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova, Azərbaycan-Ukrayna Parlamentlərarası Dostluq Qrupunun həmsədri Rüfət Quliyev, Azərbaycanın Xarkovdakı Fəxri konsulu Əfqan Salmanov, diplomatik korpusun və Xarkovdakı Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Qonaqları salamlayan İqor Terexov bildirib ki, birgə mədəniyyət, sosial layihələrin həyata keçirilməsi beynəlxalq əlaqələrin əhəmiyyətli bir hissəsidir. Ukraynada ən güclü diasporlardan birinin Azərbaycan diasporu olduğunu deyən İqor Terexov vurğulayıb ki, Xarkov istisnasız olaraq bütün sahələrdə əməkdaşlığa hazırdır.

"Biz hələ də Azərbaycanın şəhərlərindən biri ilə qardaşlaşma haqqında sazişin imzalanmasında maraqlıyıq”, - deyə İqor Terexov əlavə edib.

Azərbaycan mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevin sözlərinə görə, Xarkov Azərbaycan üçün tarixən əhəmiyyətli bir şəhərdir. Məsələn, Azərbaycan kinosunun inkişafında xidməti olan Aleksandr Mişon Xarkovda anadan olub, Bakıda doğulan Nobel mükafatı laureatı, alim Lev Landau Xarkov Universitetində çalışıb. Bu gün Ukraynada Azərbaycan poeziyasının klassikası Nizami Gəncəviyə abidə qoyulur. Bütün bunlar Azərbaycan ilə Ukrayna arasında tarixən dostluq münasibətlərinin olduğunun bariz nümunəsidir. Bu münasibətlərin inkişafında Ukraynada yaşayan soydaşlarımızın da böyük xidmətləri olub və bu iş uğurla davam etdirilir.

Daha sonra çıxış edən səfir Elmira Axundova 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamından irəli gələrək, Ukraynanın Xarkov şəhərində mütəfəkkirin heykəlinin ucaldılmasını tarixi hadisə adlandırıb. Səfir göstərdikləri dəstəyə görə, Xarkov meriyasına, memar və layihə müəlliflərinə, Azərbaycanın Xarkovdakı Fəxri konsulluğuna, diaspor fəallarına təşəkkürünü bildirib. Səfir, sonda Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) Dnepropetrovsk vilayəti təşkilatının sədri Nəcəf Əhmədova “Diaspor fəaliyyətində xidmətə görə” medalı, həmçinin Azərbaycanın Xarkovdakı Fəxri konsulu Əfqan Salmanova “Pandemiya və Vətən müharibəsi dövründə göstərdiyi fəaliyyətə görə” təşəkkürnamənı təqdim edib.

Tədbirdə çıxış edən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyev, Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin diasporun gördüyü işlərdən danışıblar.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM