30 Iyul 2021 11:41
451
CƏMİYYƏT
A- A+

Xarici jurnalistlər Füzulidə ermənilərin basdırdıqları minaların zərərsizləşdirilməsi prosesini izləyiblər

 

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Füzuli rayonu ərazisində həyata keçirilən minatəmizləmə əməliyyatları zamanı aşkar edilən mina və partlamamış silah-sursatlar zərərsizləşdirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Füzulinin Qarğabazarı deyilən ərazisində ANAMA nümayəndələri ilə rayonda səfərdə olan Yaponiya, İspaniya, İtaliya, Bolqarıstan və İordaniya jurnalistləri arasında görüş keçirilib. Görüşdə bildirilib ki, Qarğabazarı ərazisində ermənilər tərəfindən basdırılan 142 ədəd mina və partlamamış silah-sursat aşkarlanıb, 6200 kvadratmetr sahə xüsusi təhlükəsizlik qaydalarına əməl olunmaqla təmizlənib. Ümumilikdə indiyədək Füzuli rayonunda 177 min 736 kvadratmetr ərazinin minalardan və partlamamış digər sursatlardan təmizlənməsi təmin olunub.

Sonra xarici media nümayəndələri aşkarlanmış minaların və partlamamış silah-sursatın zərərsizləşdirilməsi prosesini izləyiblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video