22:36 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Xarici İşlər nazirinin müavini Elnur Məmmədovun müsahibəsi Peru mətbuatında geniş yayılıb
ANA SƏHİFƏ / SİYASƏT
09:39 21.09.2021

 

Xarici İşlər nazirinin müavini Elnur Məmmədovun Peru Jurnalistlər Federasiyasının vitse-prezidenti tanınmış jurnalist Rikardo Sançesə verdiyi müsahibə bu ölkənin mətbuatında geniş yayılıb.

AZƏRTAC xəbər verir ki, müsahibədə Ermənistanın Azərbaycana qarşı təcavüzü və münaqişənin tarixindən danışılıb, qəbul edilmiş beynəlxalq hüquqi sənədlər, o cümlədən Ermənistanın icra etməkdən boyun qaçırdığı BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri barədə məlumat verilib.

Məqalədə E.Məmmədova istinadla Ermənistanın işğalın nəticələrini möhkəmləndirməyə yönəlmiş hərəkətləri, bu məqsədlə danışıqlar prosesini gecikdirmək istiqamətində beynəlxalq hüquqa zidd olan əməllərindən danışılıb.

Ermənistanın beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozduğu, etnik təmizləməyə məruz qalmış Azərbaycan torpaqlarında qanunsuz olaraq əcnəbiləri məskunlaşdırdığı, işğal edilmiş ərazilərdə Azərbaycanın mədəni irsinin məhv edilməsinə çalışdığı vurğulanıb. Azərbaycan xalqına qarşı cinayətlər və Xocalıda törədilmiş qanlı soyqırımından bəhs edilib.

Müsahibədə 44 günlük Vətən müharibəsinin gedişi və nəticələri, Ermənistanın müharibə cinayətlərindən bəhs olunub, o cümlədən hərbi əməliyyatların aparıldığı bölgədən kənarda yerləşən Gəncə, Horadiz və Tərtər şəhərlərinin ballistik raket və artilleriya atəşlərinə tutulması nəticəsində günahsız insanların öldürüldüyü və yüzlərlə insanın yaralandığı qeyd olunub.

Həmçinin işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinin, sərhədlərin delimitasiyası və demarkasiyasının Azərbaycan hökuməti qarşısında duran ən vacib məsələlərdən olduğu, lakin bu günədək Ermənistan tərəfindən bu məsələlərin həlli ilə bağlı qarşılıqlı addım atılmadığı bildirilib.

Azərbaycan hökumətinin işğaldan azad olunmuş ərazilərin kütləvi şəkildə minalanması, həmçinin Azərbaycanın tarixi və mədəni irsinin ermənilər tərəfindən məhv edilməsi faktları ilə bağlı ikinci dəfə Avropa İnsan Haqları Məhkəməsinə, habelə Beynəlxalq Haaqa Məhkəməsinə müraciət edəcəyi vurğulanıb.

Sonda Azərbaycan Respublikası Prezidentinin Peru Respublikasının yeni seçilmiş Prezidentinə təbrikləri xatırladılaraq, iki ölkə arasında səmimi dostluq münasibətlərinin gələcəkdə, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində də daha da möhkəmlənəcəyinə və genişlənəcəyinə dair inam ifadə olunub.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM