11 Aprel 2021 00:37
616
SİYASƏT
A- A+

Xalqın sevdiyi rəhbər

 

2018-ci ilin Prezident seçkilərinin yüksək səviyyədə, demokratik şəraitdə keçirilməsi və Azərbaycan xalqının cənab İlham Əliyevə bir daha yüksək etimad göstərməsi ölkə vətəndaşlarının öz rəhbərinə olan sonsuz inamının və məhəbbətinin ifadəsi idi. Çünki cənab

İlham Əliyev ilk dəfə Prezident seçilərkən qətiyyətlə bəyan etmişdi ki, “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam” və fəaliyyəti dövründə də öz vədinə sədaqətlə əməl etmişdi. Bu illərdə Azərbaycan iqtisadiyyatı xeyli dərəcədə inkişaf etdirilmiş, çox mühüm sosial layihələr, proqramlar həyata keçirilmiş, beynəlxalq aləmlə münasibətlər yaxşılaşdırılmışdır. İnsanların rifah halı yüksəlmiş, işsizlik aradan qaldırılmış, güclü ordu yaradılmışdır. Xalq Aprel döyüşlərində Ali Baş Komandanın cəsarətinin, qətiyyətinin şahidi olmuşdur.

İnsanlar inanırdılar ki, cənab İlham Əliyev işğal altında olan torpaqları da mütləq təcavüzkarlardan azad edəcək, uzun illər od-ocaq həsrəti çəkən sakinlər öz ata-baba yurdlarına qayıdacaq, Azərbaycanda yeni, xoşbəxt bir həyat başlanacaqdır.

Buna ölkə Prezidentinin uğurlu fəaliyyəti, çıxışları, vətən, xalq sevgisi, torpağa bağlılığı, düşmənə sonsuz nifrəti, beynəlxalq aləmdə qazandığı nüfuz, həyata keçirdiyi düşünülmüş siyasət, xalqla birliyi əsas verirdi. Cənab İlham Əliyev ən mötəbər tədbirlərdə ilk olaraq Qarabağ məsələsini qaldırırdı, ermənilərin təcavüzkarlığını qabardırdı, əsaslı faktlarla erməni faşizmini, separatçılığı, terroru ifşa edirdi, təcavüzkarlara dəstək verənlərə öz yerini göstərirdi. “Biz torpaqlarımızı işğaldan azad edəcəyik, üçrəngli bayrağımızı Şuşada dalğalandıracağıq, Qarabağ Azərbaycandır” ifadələrini dönə-dönə söyləməklə,  təkrar etməklə xalqı qələbəyə, mübarizəyə ruhlandırır, həm də düşmənə bir mesaj verirdi.

Prezidentimiz ilk növbədə öz gücünə, iradəsinə, qətiyyətinə, həm də xalqının qüdrətinə, əyilməzliyinə, ona olan inamına, məhəbbətinə, ordumuzun, əsgər və zabitlərimizin yenilməzliyinə inanırdı. Dövlət başçısı həm də Azərbaycan iqtisadiyyatının davamlılığına, başda Türkiyə rəhbərləri, xalqı olmaqla ölkəmizə dəstək verən dövlətlərin səmimiyyətinə, bir çox beynəlxalq təşkilatların bizə göstərdikləri sağlam münasibətlərə arxalanırdı. Cənab İlham Əliyev Prezident seçildiyi ilk gündən sülh, əmin-amanlıq və əməkdaşlıq uğrunda mübarizə aparmış və öz əməli fəaliyyəti nəticəsində bu nailiyyətləri, dostluğu, səmimiyyəti, birliyi əldə etmişdi. Sözsüz ki, çətin anda bu bəşəri dəyərlərə sadiqlik, haqq-ədalət uğrunda mübarizə öz bəhrələrini verməli idi və verdi. Bu gün nəinki Azərbaycan xalqı, bütün Türk dünyası, tərəqqipərvər bəşəriyyət cənab İlham Əliyevlə fəxr edir. O, dünyada insan azadlığının, təhlükəsizliyinin, sağlamlığının qarantı kimi çıxış edir, qalib bir xalqın oğlu olaraq erməni faşizmi üzərində tarixi qələbə qazanılmasına baxmayaraq yenə də qonşu dövlətlər, dünya xalqları ilə qarşılıqlı əməkdaşlıq, mehriban şəraitdə yaşamağa böyük önəm verir və bu yolda əlindən gələni əsirgəmir.

Məhz bütün bunlara görə də xalq öz Prezidentini sevir, onun siyasi gedişlərini, insanların rifah halı, gələcəyi, ölkənin inkişafı üçün həyata keçirdiyi tədbirləri dəstəkləyir və öz münasibətləri, fəaliyyətləri ilə cənab İlham Əliyevlə birlikdə olduqlarını nümayiş etdirirlər.

 

Tahir RZAYEV,

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video