02:52 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:45 23.10.2021 Azad yurdum
01:15 23.10.2021 “Korona”, yoxsa qrip?
01:11 23.10.2021 50-Cİ QƏLƏBƏ
00:57 23.10.2021 Söz var ki...
00:41 23.10.2021 2500 yaşlı xalça
00:36 23.10.2021 Bilərzik-smartfon
00:34 23.10.2021 “Windows 11” gəlir
00:32 23.10.2021 Ağıllı qapı zəngləri
00:23 23.10.2021 BİLDİRİŞ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Xalq yazıçısı Elçin: Vaqifin məqbərəsinin açılışında ikinci dəfə iştirak etməyimdən qürur duyuram
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
21:29 30.08.2021

 

Mən 39 il öncə Molla Pənah Vaqifin məqbərəsinin açılışında iştirak etmişəm. Həmin gün hava qarlı, çovğunlu idi. Buna baxmayaraq Azərbaycanın tanınmış şairləri, yazıçıları, hətta yaşlı nəsildən olan Süleyman Rüstəm, Mehdi Hüseyn və başqaları o çovğunlu gündə Şuşaya gəlmişdi.

Bunu Şuşada keçirilən Vaqif Poeziya Günləri çərçivəsində Xalq yazıçısı Elçin AZƏRTAC-a müsahibəsində söyləyib.

İyirmi doqquz ildən sonra Şuşanın işğaldan azad edildiyini deyən Xalq yazıçısı Elçin Azərbaycanın bu qədim şəhərində yenidən açılış mərasimində iştirak etməkdən qürur duyduğunu vurğulayıb.

“Vaqifin məqbərəsi əsarətdən azad olundu. Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi təmir-bərpa edildi və yenidən quruldu. Bu gün biz bu kompleksin qarşısında yenidən poeziya bayramı keçiririk. Bu bayramı biz günəşli bir gündə qeyd edirik. Bu da rəmzi məna daşıyır. Azərbaycan öz torpaqlarını işğaldan azad edib, respublikamızın ərazi bütövlüyü təmin olunub. Qarabağ, Şuşa azaddır. Şuşanın ənənələri bu gün yaşayır və Müzəffər Ali Baş Komandan İlham Əliyevin ortaya qoyduğu prinsipial siyasi iradə nəticəsində biz bu günü gördük”, - deyə Xalq yazıçısı Elçin fikrini yekunlaşdırıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM