07 Fevral 2012 01:02
367
Mədəniyyət
A- A+

Xalq yazıçısı Anara Türkiyənin Fırat Universitetinin fəxri doktoru diplomu təqdim olunmuşdur

 

Türkiyənin Elazığ şəhərindəki Mədəniyyət Mərkəzində türk dünyasında dərc olunan 23 ədəbiyyat jurnalının "Türk dünyasında ilin ədəbiyyat adamı" seçdiyi Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anara Fırat Universitetinin fəxri doktoru diplomunun təqdimetmə mərasimi keçirilmişdir.

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və Türkiyə Nazirlər Kabineti Xaricdəki Türklər və Əqrəba Topluluqları Başkanlığının təşkilatçılığı ilə "Elazığ-Bakı Mədəniyyət və İncəsənət günləri" çərçivəsində keçirilən mərasimdə Fırat Universitetinin rektoru professor Feyzi Bingöl Azərbaycan və türk dünyasının görkəmli ədibi Anara fəxri doktor diplomunu təqdim etməkdən qürur hissi keçirdiyini vurğulamışdır.

Xalq yazıçısı Anar türk dünyasının ədəbiyyat jurnallarının və universitet rəhbərliyinə təşəkkürünü bildirmiş, hələ uşaq yaşlarından anası və atasından türk şairlərinin şeirlərini dinlədiyini qeyd etmişdir. Yunus Əmrədən Nədimə, Namik Kamaldan Tevfik Fikrətə, Rıza Tevfikdən Yəhya Kamala qədər bütün şairlərin şeirlərinin çoxunu əzbər bildiyini deyən xalq yazıçısı Anar vurğulamışdır ki, bu fəxri doktor diplomunu onların da adına qəbul edir. Məhz bu şairlər onun qəlbində Türkiyəyə qarşı böyük sevgi oyatmış və bu hiss ömrünün sonunadək yaşayacaqdır.

Sonda türk xalq musiqisi sənətçilərinin konserti olmuşdur.

Elazığ valisi Muammer Erol, deputat Şuay Alpay, Elazığ bələdiyyəsinin sədri Süleyman Selmanoğlu, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Vaqif Bəhmənli mərasimdə iştirak etmişlər.  

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

 

Elazığ

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video