03 Avqust 2021 00:22
742
Mədəniyyət
A- A+

Poeziyanın “Qarabağ şikəstəsi

 

Xalq şairi Zəlimxan Yaqubun yeni işıq üzü görən kitabında Qarabağa həsr etdiyi şeirləri və bu mövzuda qələmə aldığı 11 poeması toplanıb

 

Qarabağ tarixən qələm və söz əhlinin bir növ ilham mənbəyi kimi də sevilib. Qarabağın zaman-zaman yadellilərin “tamah dişi”nin altına düşməsi onun ağrılı-acılı taleyinin dastanlaşmasına gətirib çıxarıb.

Son yüz ildə Qarabağımız şair və yazıçılarımızın yaradıcılığında xüsusi önəm daşıyıb.

“Elm və təhsil” nəşriyyatı tərəfindən çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, “Şöhrət” və “Şərəf” ordenli, mərhum Xalq şairi Zəlimxan Yaqubun “Qarabağ şikəstəsi” adlı 272 səhifəlik, yeni kitabı 1000 tirajla işıq üzü görüb. Kitabda müəllifin Qarabağa həsr etdiyi şeirləri və bu mövzuda qələmə aldığı 11 poeması toplanıb.

Kitabı nəşrə hazırlayan və redaktoru Azərbaycan Aşıqlar Birliyinin katibi, “Ozan dünyası” jurnalının baş redaktoru, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, üz qabığının rəssamı Azər Ziyadxandır.

Ustad sənətkar, sevimli Xalq şairi Z.Yaqubun anadan olmasının 70 illik yubileyi münasibətilə keçən ilin dekabr ayında “Ölüm də bir zarafatdır” və “Xalq Bank”ın “Xalq əmanəti” layihəsi çərçivəsində sayca iyirminci nəşri olan “Zəlimxan Yaqub. Seçilmiş əsərləri” də işıq üzü görmüşdü.

 

“Azərbaycan”

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video