26 Oktyabr 2021 19:44
867
SİYASƏT
A- A+

Volkan Aydemir: Qarabağ özünün ikinci həyatını yaşamağa başlayır

 

Otuz ilə yaxın işğal altında tutulan, erməni vandalizminin çirkin əməllərinə məruz qalan, bu dövr ərzində bütün tikililəri ilə birlikdə qəbristanlıqları belə dağıdılıb viran edilən Azərbaycanın tarixi Qarabağ torpağı bu gün özünün sözün əsl mənasında ikinci həyatını yaşamağa başlayır. Azərbaycanın İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad edilən Füzulidə də aparılan yenidənqurma işləri bir türk olaraq hər birimizin yarasını sağaldır. Bu gün Türkiyə və Azərbaycan prezidentləri birgə bu tarixi və bölgədə xüsusi yerə sahib Füzuli şəhərdə yeni aeroportun açılışını etdilər, bir çox layihələrin təməli atıldı. Bu mənzərə hər birimizi qürurlandırdı, fərəhləndirdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Kocaeli Derince Azərbaycan Evi Dərnəyinin rəhbəri Volkan Aydemir bildirib.

Füzuli hava limanının açılışı ilə yanaşı, bu günün həm də uzun illərdən sonra Qarabağın dünya ilə bağlandığı tarix olduğunu qeyd edən V.Aydemir bildirib: “Bu hava limanı Qarabağı dünya ilə bağlayan yol olmaqla yanaşı, həm də bölgənin dünya ticarətinə açılan qapısıdır. Bu qapının açılması və Qarabağın tarixi simasının özünə qaytarılması uğrunda iki qardaş dövlətin əl-ələ verməsi, həm Türkiyə-Azərbaycan qardaşlığı, həm də bölgədə sülhün təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Türk dünyasının qardaşlıq rəmzi olan Türkiyə-Azərbaycan birliyi Azərbaycan Ordusunun yazdığı 44 günlük dastanda da, Qarabağın yenidən qurulmasında da özünü büruzə verir. Bu gün bütün dünya Qarabağda aparılan bərpa işlərini alqışlayır. Biz bunun üçün qardaşlığımız və birliyimiz naminə həyata keçirilən bütün layihələrin memarı olan prezidentlərimiz Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevə minnətdarıq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video