27 Noyabr 2012 02:11
462
PARLAMENT
A- A+

Viktor Tvirkun: QİƏT PM-in Baş Assambleyasının plenar sessiyası Bakıda çox yüksək səviyyədə təşkil olunmuşdur

 

Noyabrın 26-da Milli Məclisin Sədri Oqtay Əsədov Bakıda səfərdə olan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) baş katibi Viktor Tvirkun ilə görüşmüşdür.

Oqtay Əsədov QİƏT-in əhəmiyyətindən, üzv ölkələr arasında əlaqələrin inkişafındakı rolundan danışmış və bildirmişdir ki, bu təşkilat xalqları  və  dövlətləri yaxınlaşdırır, onların əməkdaşlıq imkanlarını daha da  genişləndirir. Qurumun  qəbul etdiyi qərarlar  üzv ölkələrin beynəlxalq  məsələlərdəki  mövqeyini də gücləndirməyə xidmət edir.  Ona görə də Azərbaycan təşkilata üzv olan dövlətlərin inteqrasiyasına çalışır və bu mötəbər qurumun tədbirlərinə ev sahibliyi edir.

Viktor Tvirkun  demişdir ki,  QİƏT PM-in  Baş  Assambleyasının  40-cı plenar sessiyası  Bakıda  çox  yüksək səviyyədə təşkil olunmuşdur. Biz təşkilatın fəaliyyətini gücləndirməklə quruma üzv dövlətlərin bir-biriləri ilə sıx əməkdaşlıq qurmasını  istəyirik və bundan sonrakı  fəaliyyətimizi də bu istiqamətdə davam  etdirəcəyik.   

Sonra görüşdə QİƏT çərçivəsində əməkdaşlığın perspektivləri, üzv dövlətlər arasında əlaqələrin inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır. 

 

Ağaəli MƏMMƏDOV (foto),

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video