21 Oktyabr 2021 16:52
1110
DÜNYA
A- A+

Vikinqlərin Amerikada yaşamasına dair qədim dəlillər tapılıb  

Kanadanın Nyufaundlend adasında arxeoloji qazıntılar zamanı vikinqlər məskənində aşkarlanan ağac parçasının radiokarbon tarixləşdirmə üsulu ilə tədqiqi göstərib ki, normanlar bu əraziyə eramızın 1021-ci ilindən gec olmayaraq gəlmişlər. Bu, avropalıların Amerikada mövcudluğunun ən qədim sənədli təsdiqidir. Tədqiqatın nəticələri “Nature” jurnalında dərc edilib.

Alimlər vikinqlərin Amerika qitəsinin sahillərinə Kolumbdan xeyli əvvəl gəlməsini bilirdilər, lakin Şimali Amerikanın normanlar tərəfindən məskunlaşmasının dəqiq tarixi indiyə qədər məlum deyildi.

AZƏRTAC RİA Novosti saytına istinadla xəbər verir ki, Qroningen Universitetindən Maykl Dinin rəhbərliyi ilə Kanada, Almaniya və Niderlanddan bir qrup arxeoloq L'Ans-o-Medouz vikinqlər məskənində tapılmış taxta artefaktları analiz edib. Biogeoxronoloji marker – bizim eranın 992-ci ilində baş vermiş günəş qasırğasının izotop izi dəqiq yaşı müəyyənləşdirməyə imkan yaradıb. Oduncağın üç ədəd emal edilmiş parçasının hər birində bu əlamət kənardan 29 yaş halqası məsafəsində olub.

Qroningen Universitetindən Marqo Kuytemsin sözlərinə görə, günəş qasırğasına dair əlamətin aşkarlanması alimlərdə həmin ağacın 1021-ci ildə kəsildiyi qənaətini doğurub.

Oduncağın parçalarının hər birində tədqiqatçılar metal alətlə emal izini aşkarlayıblar ki, həmin dövrdə yerli əhalidə olmayıb. Alimlərin fikrincə, bu, ərazidə vikinqlərin olmasının izidir. L'Ans-o-Medouzda məskunlaşmış vikinqlər oraya 987-ci ildə Kürən Erikin norman koloniyalarının əsasını qoyduğu qonşu Qrenlandiyadan gəlmişlər.

Alimlər yazırlar ki, onlar vikinqlərin Amerikaya gəlmə tarixini ilk olaraq müəyyən ediblər. Lakin normanların Amerikaya ekspedisiyalarının sayı və Atlantik okeanın qərb sahillərində qalma müddəti hələ ki məlum deyil. Bütün arxeoloji məlumatlar bu səfərlərin qısamüddətli olduğunu göstərir. Arxeoloqlar vikinqlərlə yerli tayfalar arasında hər hansı təması təsdiq edən heç nə tapmayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video