08 Dekabr 2011 01:12
484
Oxucu məktubları
A- A+

Vəzifə borcumuz

 

Rayonumuzda əhalinin dolanışığı, həyat səviyyəsi ildən-ilə yüksəlir. Aztəminatlı ailələrə artan dövlət qayğısı hamı tərəfindən minnətdarlıqla qarşılanır. Bu il ünvanlı sosial yardıma görə rayon üzrə 1484 ailə müraciət etmişdir.

Müvafiq komissiya müraciətlərin hər birini diqqətlə araşdırdı, onların mənzil-məişət şəraiti ilə, dolanışıq vəziyyəti ilə yerində tanış oldu. Aparılan dəqiq və obyektiv araşdırmalardan sonra 193 müraciətdən imtina etdik. İmtinanın səbəbləri barədə vətəndaşlara verilən məlumatlar müvafiq qanunvericilikdə  nəzərdə tutulan şərtlərə əsaslandığından heç kəsdə etiraz, narazılıq doğurmadı.

Torpaqlarımızın bütövlüyü uğrunda savaşda şəhid olanların ailələrinə, yaxud yaralanıb xəsarət alan əlillərə dövlətin verdiyi böyük imtiyazlar çərçivəsində daha çox qayğı və diqqət göstərilir. Keçən il 3 nəfər Qarabağ əlilinə "Oka" markalı minik maşını verilmişdi. Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 16 fərdi ev tikilmişdir.

Rayon sosial müdafiə mərkəzinin 8 nəfər işçisi sosial xidmət sahəsində çalışır. 59 nəfər xəstə və tənha yaşayan rayon vətəndaşına yaşadığı ünvanda qulluq edilir.

Ailə başçısını itirdiyinə görə 240 ailəyə təqaüd ayrılmışdır. 18 yaşadək olan 413 nəfər uşaq da mərkəzdən müvafiq pensiya alır. 713 nəfər veteran kommunal xərclərə dair güzəştlərdən istifadə edir.

Məqsədimiz odur ki, kimsə bizdən narazı qalmasın, sosial ədalət prinsipi pozulmasın. Axı, bu, bizim vəzifə borcumuzdur.

 

Fazil ABBASOV,

Tərtər Rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video