20:34 02 Avqust 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Vətəndaşların vaksin olunmağa marağı bu templə artarsa, ilin sonuna kimi əhalinin yarısı peyvəndlənə bilər
 
ANA SƏHİFƏ / CƏMİYYƏT
13:19 15.06.2021

Koronavirusun bütün dalğalarında olduğu kimi sonuncu dalğada da yoluxma sayı pik həddə çatdıqdan sonra kəskin eniş olacağı gözlənilən idi. AZƏRTAC xəbər verir ki, bunu TƏBİB-in infeksion xəstəlikləri üzrə işçi qrupunun rəhbəri, həkim-infeksionist Vasif Əliyev deyib. Son günlər ölkədə koronavirusa yoluxma sayının minimuma yaxınlaşdığını söyləyən həkim deyib: “Sevindirici haldır ki, ölüm halı ya heç qeydə alınmır, ya da bu virusdan həyatını itirənlərin sayı 2-3 nəfər olur. Ümumiyyətlə infeksiyaya yoluxma sayı çoxaldıqca xəstəxanalara müraciətlər də, təbii olaraq, çoxalır. Xəstələrin ağırlaşdığı belə vəziyyətdə ölüm hallarının artması riski yaranır. Belə qənaətə gəlmək olur ki, hazırda Azərbaycanda yoluxma sayı az olduğu üçün ölüm halları da minimuma enib. Bunun əsas səbəbi isə, ölkədə vaksinasiya prosesinin aktiv fazada davam etdirilməsidir. Vətəndaşlar vaksinasiya prosesində nə qədər aktiv iştirak edərlərsə, yoluxma sayı və ağırlaşmalar azalar”.

Həkim-infeksionistin məlumatına görə, koronavirus əleyhinə peyvəndləmə indiki sürətlə davam edərsə, Ümumdünya Səhiyyə Təşkilatının ilin sonuna qədər dünya əhalisinin 30 faizinin vaksinasiyadan keçirilməsinə dair etdiyi çağırışa nail ola, hətta bu faizi ötə bilərik: “Azərbaycanda vaksin olunmaq üçün qoyulan yaş məhdudiyyəti götürülüb və 18 yaşdan yuxarı hər kəs peyvənd oluna bilər. Həmçinin Azərbaycanda 4 vaksin növündən - CoronaVac, AztraZeneca, Sputnik V və Pfitzerdən istifadə edilir. Beləliklə, peyvənd olunmamaq üçün əngəl yoxdur və vətəndaşlar ölkədə istifadə edilən vaksinlərdən istədiklərini seçib vurdura bilərlər. Bundan başqa, vaksinasiyadan keçmiş şəxslər üçün bir sıra imtiyazlar mövcuddur. Bu səbəbdən, indi bəzi şəxslər təkcə sağlamlıqlarını qorumaq naminə deyil, həm də imtiyazlardan yararlanmaq üçün peyvənd etdirirlər. Bildiyimiz kimi, COVID-19 pasportu əldə etmiş hər kəsə bir sıra ictimai yerlərə giriş sərbəstdir. Nəticədə, bu imtiyazlar ölkədə vaksinasiya prosesinin sürətlənməsinə səbəb olur. Vətəndaşların vaksin olunmağa marağı bu templə artarsa, 2021-ci ilin sonuna kimi əhalinin yarısı vaksinasiyadan keçmiş ola bilər”.

Xatırladaq ki, hazırkı dövrədək ölkəmizdə 335 min 196 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 328 min 699 nəfər müalicə olunaraq sağalıb, 4955 nəfər vəfat edib. Aktiv xəstə sayı 1542 nəfərdir. Ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 2 milyon 775 min 641-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 811 min 104, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 964 min 537 nəfərdir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM