11:48 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Vətən müharibəsində şəhid olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinə sosial və psixoloji dəstək fəaliyyəti həyata keçirilir

ANA SƏHİFƏ / SƏHIYYƏ
00:37 19.02.2021

 

Vətən müharibəsində şəhid olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinə Müdafiə Nazirliyi və yerli icra hakimiyyəti orqanları tərəfindən sosial və psixoloji dəstək fəaliyyəti həyata keçirilir.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabit və dövlət qulluqçuları, eləcə də yerli icra hakimiyyəti orqanlarının nümayəndələri Vətən müharibəsində şəhid olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvləri ilə görüşərək onların sosial problemləri və məişət qayğıları ilə maraqlanıb, bu problemlərin həlli istiqamətində birgə işlər görüblər.

Görüşlərdə itkin düşmüş hərbi qulluqçuların ailə üzvləri ilə söhbət aparılıb və psixoloji işin tələblərinə uyğun olaraq real vəziyyətlə bağlı tövsiyələr verilib.

Psixoloji bərpa və reabilitasiyaya ehtiyacı olan ailə üzvlərinin siyahısı tərtib edilərək ixtisaslaşmış psixoloji müayinə üçün mütəxəssislərə təqdim olunub.

 

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM