Vətən müharibəsi qəhrəmanlarının muzeyləşən ömürləri
Milli Azərbaycan Tarixi Muzeyində yaradılan yeni fondda Zəfər qaliblərinin şəxsi əşyaları toplanır
Cəmiyyətin inkişafında mühüm rol oynayan amillərdən biri gənc nəsildə yüksək vətənpərvərlik hisslərinin formalaşdırılmasıdır. Şübhəsiz ki, hələ körpə yaşlarından bu ruhda köklənən nəsildə vətənpərvərlik duyğusu yüksək olur. Artıq bunun ən bariz nümunəsinin 44 günlük Vətən müharibəsində şahidi olduq. Qarabağı görməyən minlərlə qəhrəman oğullarımız Vətən sevdası ilə tərəddüd etmədən özünü ölümün üzərinə atdı.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qəhrəman oğullarımız düşməni diz çökdürərək torpaqlarımızı işğalçılardan təmizləyib, ərazi bütövlüyümüzü bərpa etdilər. Bir sözlə, ölkəmiz bu zəfəri xalqla dövlətin sarsılmaz birliyi, “Dəmir yumruq” olaraq birləşməsi sayəsində qazandı.
Öz əməlləri ilə bu dövlətin şərəfli tarixini xalqın qan yaddaşına qızıl hərflərlə həkk etmiş qəhrəmanlarımız heç vaxt unudulmayacaq. Milli Azərbaycan Tarixi Muzeyində könüllü tələbələrdən ibarət “Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nun rəhbəri və bir neçə üzvü “ Tarix yazan qəhrəmanlar” layihəsi çərçivəsində, torpaqlarımızın azad edilməsində, qələbənin qazanılmasında böyük sücaətlər göstərərək canını Vətən yolunda qurban verən igidlərimizin ailəsi ilə görüşlərə başlayıblar.
Layihə çərçivəsində “Tarix yazan qəhrəmanlar”dan biri - şəhid polkovnik-leytenant Rəşad Sadıqovun haqqında muzeyin yeni yaradılan fonda təhvil verilən sənədlər barədə qısaca məlumat verməkdə məqsəd şəhid, qəhrəman igidlərimizin örnək ömürlərini xalqımıza əbədiyyətəcən tanıtmaqdır.
Sənədlərdən, eləcə də söhbətlərdən məlum olur ki, Rəşad Xanlar oğlu Sadıqov 1978-ci il oktyabrın 11-də Laçın şəhərində anadan olub. 1992-ci il mayın 18-də Laçın rayonu düşmən işğalına məruz qaldığı üçün valideyinləri ilə birgə şəhəri məcburən tərk edib. Həmin il ailə Şəmkir şəhərində məskunlaşdığı üçün o, Əhməd Cavad adına orta məktəbdə təhsilini başa vurub...
Məktəbi bitirdikdən sonra həkim olmaq istəyib. Lakin Xocalı qətliamından sonra fikrini dəyişərək hərbçi olmaq qərarına gəlib. 1992-ci ildən başlayaraq doğma və tarixi Azərbaycan torpaqlarımız, kənd və qəsəbələrimiz, firavan həyatlı şəhərlərimiz dalbadal işğala məruz qaldığından, o, fikrini qətiləşdirib. 1995-ci ildə Bakı Birləşmiş Ali Komandirlər Məktəbinə daxil olub. 1999-cu ildə məktəbi bitirib leytenant rütbəsi ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda xidməti vəzifə üzrə təyinat alıb. 2004-cü ildən isə Naxçıvan şəhərində Heydər Əliyev adına Hərbi Liseydə fəaliyyət göstərməyə başlayıb. Sonra Naxçıvan şəhəri hərbi səfərbərlk və daha sonra Naxçıvan şəhəri hərbi hospitalında çalışıb, müəyyən vaxtlarda “N” saylı hərbi hissədə xidmət edib. Xidmət müddətində bir çox orden və medallar qazanan Rəşad Sadıqov 2019-cu ilin mart ayında Goranboy rayon “N” saylı hərbi hissəyə təlim-tərbiyə üzrə komandir müavini vəzifəsinə təyin edilib. Ön cəbhədə düşmənlə üz-üzə dayanan R.Sadıqov, eyni zamanda ən çətin məqamlarda yerli əhalinin də yanında olub. 2019-cu ilin aprelində Goranboy rayonu Yuxarı Ballıqaya fərdi yaşayış evində baş verən yanğın zamanı fədakarlıq göstərərək köməksiz qalmış uşağı yanğından xilas edən Rəşad onu ailəsinə sağ-salamat qaytarıb.
Ən böyük arzusu doğma yurdu olan Laçının düşmən tapdağından azad edilməsi idi. Axır ki, 28 ildən sonra 27 sentyabır 2020-ci il tarixdə onun gözlədiyi döyüş əmri gəldi. Bu əmri səbirsizliklə qarşılayan R.Sadıqov sevincini doğmaları ilə bölüşərək, deyir: “Əgər müharibə dayanmasa, biz davam etsək Laçına qədər gedəcəyik...”
Çoxdan arzuladığı fürsəti qazanan R. Sadıqov Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayonları, eləcə də doğma kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşdü. Sonuncu dəfə “Laçının Güləbird kəndi uğrunda gedən döyüşlərdə iştirak etdi. Kəndin düşməndən azad edilməsində böyük rəşadət göstərdi. Hətta atasına zəng edərək “Ata, Həkəri çayında əlimi yudum, bundan böyük qələbəmi olar?!” - dedi.
O, doğulduğu Laçın şəhərinə, orada yarımçıq qalmış uşaqlıq illərinə qovuşmağa çox tələsirdi. Laçın şəhərinə çatmaq üçün cəmi 25 km məsafə qalmışdı. Təəssüf ki, o, bu məsafəni qət edə bilmədi. Doğma yurduna az qalmış, qələbənin astanasında, amansız düşmənin atdığı minamyotun partlaması nəticəsində aldığı qəlpə yarasından şəhid oldu. Dostları və yaxınları ona “general” olmağı arzulayan zaman, “ daha uca zirvələr var”, - deyərdi. 30 oktyabr 2020-ci il tarixində Rəşad Sadıqov məhz o ucalığa - Səhidlik zirvəsinə ucaldı. Bir qız və bir oğul övladı yadigar qaldı...
Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, Rəşad Sadıqov ölümündən sonra “ Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmsına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edildi.
Şəhidliyindən 13 gün sonra Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş atası Xanlar Sadıqov 28 il yurd həsrətinə dözsə də, qələbə ərəfəsində oğlunun cismani yoxluğuna tab gətirə bilmədi...
Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Milli Azərbaycan Tarixi Muzeyində yaradılmış Vətən müharibəsi fondunda toplanmış I və II Qarabağ müharibəsində şəhid olan zabit və əsgərlərə məxsus, döyüşdən qalan xatirə əşyaları içərisində şəhid polkovnik-leytenant Rəşad Sadıqovun hərbi geyim dəstləri, ailəsinə yazdığı son məktub, hərbi təlim gündəliyi, fənəri, telefonu, saatı, ölümündən bir neçə gün öncə yanlarına düşmüş kasetli raketin qəlpələri uzərində olan pullar, filəş-kartı, “Bakubas” kartı, telefonun plastik yaddaş kartı da var.
Bu əşyalar şəhidin ailəsi tərəfindən muzeyə təqdim edilib. Sözsüz ki, muzey xalqın tarixi yaddaş salnaməsi, eyni zamanda vətənpərvərlik təliminin, dövlətçilik ənənələrinin daşıyıcısı olan mədəniyyət mərkəzidir. Etiraf etməliyik ki, gənclərin düzgün istiqamətə yönəldilməsində, tərbiyəsində təhsil müəssisələri ilə yanaşı, mədəniyyət müəssisələrinin, xüsusilə də muzeylərin özünəməxsus rolu var.
Xalqımızın mübarizə və qəhrəmanlıq tarixini göstərmək və bunu gənc nəslə bir nümunə olaraq təqdim etmək muzeylərin qarşısında duran əsas məqsədlərdəndir.
Unutmayaq ki, cəmiyyət böyüməkdə olan gənc nəsli həyata necə hazırlayırsa, o cür də gələcək gözləyir.
Sahibə ƏLƏKBƏROVA,
AMEA, Milli Azərbaycan Tarix Muzeyinin Elmi-kütləvi iş və təhsil şöbəsinin elmi işçisi
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
“Opel Astra”nın hibrid variantı təqdim olunub
29 Mart
Harvard Universiteti qədim kitabın cildindən insan dərisini çıxarıb
29 Mart
XƏBƏRDARLIQ: Hava şəraiti dəyişəcək, külək, yağış, qar, daşqın və sel gözlənilir
29 Mart
Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək
29 Mart
Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb
29 Mart
Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb
29 Mart
“2026-cı ilə qədər 6000 keçmiş məcburi köçkünün peşə təliminə cəlb olunması nəzərdə tutulub” - AÇIQL...
29 Mart
"Aqroservis" ASC-nin sədr müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlarla tanış olub...
29 Mart
Almaniyada kimlər daha çox pensiya alır?
29 Mart
Havada toz müşahidə olunur
29 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!