23:06 22 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Vətən Müharibəsi Qəhrəmanı” Azərbaycan Respublikası medalının təsviri
ANA SƏHİFƏ / QANUNLAR
20:42 01.12.2020


Azərbaycan Respublikasının 2020-ci il
26 noyabr tarixli
Qanunu ilə təsdiq edilmişdir

Maddə 1. Medalın ümumi təsviri

"Vətən Müharibəsi Qəhrəmanı” Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) 900 əyarlı qızıldan hazırlanmış, biri digərinin üzərinə yerləşdirilmiş diametri 42 mm olan iki səkkizguşəli ulduz formalı lövhədən ibarətdir. Alt ulduz ağ qızıldan, üst ulduz sarı qızıldan hazırlanmışdır.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfində alt ulduzun guşələri mərkəzdə ikitərəfli hamar şüalı, mərkəzdən sol və sağ tərəflərə doğru hamar pilləvarı formadadır.

2.2. Üst ulduzun guşələri uclarında kiçik kürəciklər olmaqla, ikitərəfli hamar şüalıdırlar. Üst ulduzun mərkəzində zolaq ilə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir. Lövhənin ətrafında guşələri hamar şüalı səkkizguşəli ulduz təsvir olunmuşdur. Zolağın üzərində səkkiz ədəd maili xətlər vardır.

2.3. Dairəvi lövhənin mərkəzində tünd qırmızı minalı fonda aypara və ulduz təsvir olunmuşdur.

2.4. Bütün elementlər relyefli olaraq qabarıqdır.

Maddə 3. Medalın arxa tərəfi

3.1. Medalın arxa tərəfi hamar səthlidir, mərkəzdən yuxarıda "VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI” sözləri, mərkəzdə "VƏTƏN MÜHARİBƏSİ 2020” sözləri və rəqəmləri yazılmışdır. Yazılar və rəqəmlər relyefli olaraq qabarıqdır.

3.2. Medalın arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi həkk olunmuşdur.

Maddə 4. Medalın elementləri

4.1. Medalın paltara bərkidilmək üçün elementi olan 37 mm x 50 mm beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.

4.2. Üzərində Azərbaycan Respublikasının Dövlət Bayrağının rənglərinə uyğun rənglərdə zolaqlar təsvir olunmuş xara lentin mərkəzinə səkkizguşəli ulduz bərkidilmişdir.

4.3. Lentin yuxarı hissəsinə 40 mm x 5,5 mm ölçülü lövhə bərkidilmişdir.

4.4. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM