14:46 22 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Var olsun yaradan əllər
ANA SƏHİFƏ / OXUCU MƏKTUBLARI
12:06 04.06.2017

Respublikamızın hər yerində həyata keçirilən abadlıq, yenidənqurma layihələri Sumqayıtı da əhatə edib.  Son iki ildə şəhərimiz tanınmaz dərəcədə yenilənib, gözəlləşib.

 

Bizim yaşadığımız 8-ci mikrorayon  da diqqətdən kənarda qalmayıb. İndi yaşayış massivinin hər tərəfində təmir-abadlıq işləri aparılır. Binaların giriş qapıları yenilənir, qurumuş  ağaclar kəsilir, yerində yeniləri əkilir. Yollar, səkilər yenidən qurulub,  işıq dirəkləri dəyişdirilib. Şəhər icra orqanlarının  əməkdaşları sakinlərlə görüşlər keçirir, vətəndaşların arzu və  istəklərini nəzərə alırlar. 

Dediyimiz odur ki, insan qayğı görəndə yaşamaq, yaratmaq həvəsi də artır. Bizə qalır əlaqədar təşkilatlara minnətdarlıq etmək.

Hörmətli redaksiya! Biz də öz minnətdarlığımızı qəzet vasitəsilə onlara çatdırmaq üçün sizə məktub yazmağı qərara aldıq. Qoy abadlıq, firavanlıq yaradan əllər heç vaxt yorulmasın.

 

Elmira DAŞDƏMİROVA,

Mehparə HACIƏHMƏDOVA,

Mətanət  İSAYEVA,

Sumqayıt



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM