15:00 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Vaqif Poeziya Günləri çərçivəsində simpozium keçirilib
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
16:35 31.08.2021

 

Vaqif Poeziya Günləri çərçivəsində avqustun 31-də Şuşada simpozium keçirilib.

AZƏRTAC xəbər verir ki, “Ədəbi müstəvidə Qarabağın dünəni və bu günü” adlı simpoziumda ədəbiyyatımızın qarşısında duran vəzifələrdən, son 30 ildə yaradılmış ədəbi nümunələrdən, Vaqif Poeziya Günlərinin ədəbiyyat adamlarına verdiyi stimuldan və Molla Pənah Vaqifin bənzərsiz yaradıcılığından söz açılıb.

Tədbiri açan Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı-dramaturq İlqar Fəhmi deyib ki, ədəbiyyatşünas alimlərin və gənc şairlərin iştirakı ilə təşkil olunmuş bu simpozium gələcəkdə keçiriləcək tədbirlər üçün bir istiqamət göstərir.

Simpoziumda akademik Nizami Cəfərov, şair Adil Cəmil və başqaları çıxış edərək ədəbi müstəvidə Qarabağın dünəninə və bu gününə dair fikirlərini bölüşüblər.

Sonda bildirilib ki, belə tədbirlər növbəti illərdə daha geniş formatda təşkil olunacaq.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM