18:47 17 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:24 17.10.2021

17-18 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Vaqif ictimai-siyasi xadim kimi

ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
00:30 12.09.2021

 

Dünyəvi hiss və arzuları yüksək tutması ilə müasirlərindən fərqlənən, şeir tarixində realizmə meyli ilə seçilərək, “ədəbiyyat tariximizdə öz adı ilə bağlı yeni bir ədəbi məktəbin əsasını qoyan”, bununla da Azərbaycan şeirində bu günün elmi müstəvisi baxımından erkən yeni dövr ədəbiyyatımızın təməlini yaratmış Molla Pənah Vaqifin yaradıcılığı zamanın hər kəsimində qiymətli inci olaraq layiqli yerini tutmuş, istər sələf və xələfləri, istərsə də müasirləri tərəfindən hərtərəfli dəyərini almışdır.

 

Vaqif yaradıcılığı bir çox şairimiz üçün nümunə olmuşdur. Təsadüfi deyil ki, o dövrün şairləri - Zakir və Şakir, XIX əsrdə yetişən Qarabağ şairləri Məhəmməd bəy Cavanşir, Aşıq Pəri və başqaları Vaqifdən öyrənmiş, onun irsini qiymətləndirmişlər. Ən önəmlisi isə Vaqifin zəngin ədəbi-ictimai fəaliyyətinə hər kəsdən əvvəl geniş xalq kütləsinin yüksək qiymət verməsidir. Hələ şair yazıb-yaratdığı zaman xalq “hər oxuyan Molla Pənah olmaz” zərbi-məsəlini yaradıb şairə öz layiqli qiymətini vermişdir.

Şairin müasiri Aşıq Əlinin ona xitabən yazdığı şeir Vaqifin ədəbiyyat tarixindəki məqamını birmənalı şəkildə müəyyənləşdirir:

 

Bu əsrdə şairlərin xanısan,

Müdərrisə bərabərsən yəni sən,

Lütfün mədənisən, fəzlin kanısan,

Eşidənlər sözün səminə gəlmiş.

 

Əli çəkər gecə-gündüz ahu-zar,

Kəsildi müdava, getdi ixtiyar,

Vaqif olsun bu mənada xəbərdar,

Mədinə kuyinə Səkinə gəlmiş.

 

“Vaqif yüksək zövq, incə hisslər, dərin və nikbin duyğulu şairdir. O, özü ilə poeziyaya yeni ruh, yeni zövq və məzmun gətirir. Poeziya tariximizdə Füzuli mərhələsindən sonra yeni dövr Vaqiflə başlayır. Şair klassik şeirin əsas motivi olan sevgi lirikasına belə təzə bir məna, təzə bir rövnəq verir... O, “Məhəbbət pərisi”ni uzaq göylərdən torpağa endirir, real, canlı gözəli sevərək, təbii eşq haqqında mahnılar oxuyur. Həyatdan, şifahi aşıq şeirindən gələn şən və şux bir nikbinlik, yüksək dünyəvilik bu lirikanın əsas səciyyəvi cəhətlərini təşkil edir”.

“Vaqif yaradıcılığı öz şəkli və xüsusiyyətləri etibarilə yeni və zəngindir. O, istər aşıq şeiri şəklində yazdığı qoşmalarda, istərsə də klassik şeirin təsirində yaratdığı qəzəl və müxəmməslərdə xalq şeirinin ruhunu qədim ədəbi irsin mütərəqqi cəhətləri ilə uyğunlaşdıraraq yeni və orijinal bir tərzdə canlandırır”.

Mənbələrdən gətirdiyimiz bu nümunələrdə Molla Pənah Vaqif yaradıcılığının zənginliyinin və çoxyönlülüyünüm şahidi oluruq.

İndi isə Molla Pənah Vaqifin Qarabağ xanlığında ictimai-siyasi xadim kimi fəaliyyətinin bəzi məqamlarına nəzər salaq. Bir daha qeyd edək ki, o, Qarabağ xanlığının vəziri olduğu üçün Qarabağ tarixi ilə bağlı müxtəlif qaynaqlarda Molla Pənah Vaqiflə bağlı ilkin məlumatlar yer alır. “Qarabağnamələr” bu baxımdan diqqəti cəlb edir. Mirzə Yusif Qarabağinin görkəmli şairə və müasirlərinə həsr etdiyi əsəri Vaqif haqqında ilkin qaynaqlardandır. Azərbaycan ədəbiyyatı tarixini ilk dəfə sistemləşdirən Firidun bəy Köçərlinin araşdırmalarında da Vaqif haqqında təfərrüatlı məlumatlara rast gəlirik.

Son günlərin qürurverici hadisələrindən biri Vaqifin muzey-məqbərə kompleksinin açılışıdır. 1982-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə tikilmiş məqbərənin açılışı oldu. Ulu Öndər Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı da göstəriş vermiş və həmin ilin avqust ayında Şuşada Vaqif Poeziya Günləri keçirilmişdir. Ata vəsiyyətinə sadiq qalan Prezidentimiz də bu ənənəni ləyaqətlə və yüksək səviyyədə davam etdirir. Məqbərənin təmir-bərpa işləri hər zaman təşkilatçılığı ilə nümunə olan Heydər Əliyev Fondu tərəfindən həyata keçirilmişdir.

   Vəzirlik fəaliyyəti ilə Qarabağ xanlığının tarixində mühüm rol oynamış şair haqqında həmin xanlıqdan bəhs edən bir çox tarixi əsərlərdə məlumatlara rast gəlmək mümkündür. Mirzə Camalın, Rzaqulu bəyin, Mir Mehdi Xəzaninin əsərləri Vaqif haqqında ən dəyərli qaynaqlar kimi diqqəti cəlb edir.

Rzaqulu bəy Mirzə Camal oğlunun “Pənah xan və İbrahim xanın Qarabağda hakimiyyətləri və o zamanın hadisələri” adlı əsərində Vaqif haqqında çox müsbət rəy verilir: “Əvvəl mərhum Axund Molla Pənah idi ki, o, ağlı, tədbiri və kamalı ilə məşhurdur. İranda və Türkiyədə böyük şöhrət qazanmışdır. Təxəllüsü Vaqif idi. Onun türkcə yazdığı şeirləri ağızlarda deyilir və dillər əzbəridir. Sair kargüzarları, eşikağasıları, nazirləri və məmurları çox idi. Ağa Məhəmməd şah əhvalatından sonra Qarabağ vilayətinin halı pərişan və camaatın dağınıq düşməsi ilə əlaqədar olaraq mərhum xanın məmur və kargüzarlarından elə adamlar qalmadı”. Mirzə Yusif Qarabağinin “Tarixi-Safi” adlı əsərində də şair dövrünün məşhur adamlarından biri kimi təqdim edilir: “Bəzi elmlərdə şöhrəti olan və Molla Pənah təxəllüsü ilə bir alim İbrahim xanın yanında qulluq edirdi. Bu şəxs hesab, rəml və astronomiya elmlərini yaxşı bilirdi. O, İbrahim xanın qoşununun taleyini düşünərək demişdi: “Sabah biz Xoy şəhərinin ortasında olmalıyıq”.

Mirzə Camal “Qarabağ tarixi” adlı əsərinin “Evinin əmələ və kargüzarları və dövlət işilə məşğul olan şəxsləri” başlıqlı fəslində Vaqif haqqında yüksək fikirlər söyləmişdir.

“Qarabağnamələr”də Qarabağ xanlığının, onun xan və vəzirinin Rusiya ilə olan münasibətləri barədə məlumatlar yer almış və məşhur əsa haqqında bilgilər də buradan qaynaqlanmışdır: “Sərdar öz adamlarından birinin vasitəsilə əlahəzrət imperatriçənin İbrahim xana hörmət və məhəbbətini bildirərək, ona çoxlu hədiyyə, eyni zamanda həmsöhbəti və məsləhətçisi Molla Pənaha da qaş-daşla bəzənmiş bir əsa göndərdi. Elə ki başqa xanlar İbrahim xanın əlahəzrət imperatriçəyə ərizə ilə müraciətini və qüvvətli Rus dövlətinə edəcəyi itaət təklifıni eşitdilər, hərə bir ərizə ilə yüksək ailədən olan sərdara müraciət edib özlərinin Rus dövlətinə tabe və itaət edəcəklərini bildirdilər. Həmin xanlar bunlardır: talışlı Mir Mustafa xan, şirvanlı Mustafa xan, gəncəli Cavad xan, İrəvan, Naxçıvan və Qarabağ xanları...”

Söz açdığımız məqamlardan bəlli olduğu kimi, Vaqif bədii dilimizi yeni yüksəliş pilləsinə qaldıran, XVIII əsr şeirimizdə xəlqiliyə, realizmə doğru mütərəqqi meyillərlə kamala çatan, ədəbi məktəbi cərəyan səviyyəsinə yüksəldən və ədəbiyyat tariximizə “Vaqif ədəbi məktəbi” adı ilə daxil olan şair olmaqla yanaşı, ictimai-siyasi xadim kimi Qarabağ xanlığının möhkəmlənməsi uğrunda çalışan bacarıqlı bir dövlət rəsmisi idi.

 

Mahirə QULİYEVA,

filologiya elmləri doktoru



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM