23:01 19 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Valentina Matviyenko: Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində dövlətlərin ərazi bütövlüyü prinsipindən çıxış edir
ANA SƏHİFƏ / PARLAMENT
05:04 10.04.2012

 

Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün bütün lazımi səyləri göstərir. Prezident Dmitri Medvedevin təşəbbüsü ilə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin bir neçə dəfə üçtərəfli görüşləri  keçirilmişdir və bütün tərəfləri qane edəcək həll yolunun tapılması müzakirə olunmuşdur.

AzərTAc xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Milli Məclisin Sədri Oqtay Əsədovla görüşdən sonra keçirdiyi mətbuat konfransında demişdir.

Rusiya Federasiya Şurasının sədri bildirmişdir ki, O.Əsədovla keçirdiyi görüşdə münasibətlərin inkişaf perspektivləri, hər iki ölkənin regionları arasında əlaqələrin genişləndirilməsi, qanunvericilik sahəsində əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Jurnalistlərin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı parlamentlərin roluna dair sualını cavablandıran V.Matviyenko demişdir ki, Rusiya bu məsələdə BMT Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində hərəkət edir və beynəlxalq hüquq normalarını əsas götürür. Prezidentlərin Soçi görüşü çox səmərəli keçmişdir. Üçtərəfli bəyanat imzalanmışdır. Fikrimcə, bu bəyanat problemin həlli formatının axtarışını sürətləndirəcəkdir. Biz, eyni zamanda, münaqişənin həllində parlamentlərin rolunun artırılmasını istəyirik. Düşünürük ki, problemin ədalətli həllinə nail olmaq üçün, ilk növbədə, etimad mühiti formalaşmalıdıır. Hesab edirik ki, bu məsələdə parlamentlərin rolu da məhz bundan ibarət olmalıdır.

Federasiya Şurasının sədri bildirmişdir ki, ATƏT-in Minsk qrupunun potensialı tükənməmişdir. Rusiya həmsədr ölkə kimi bütün tərəfləri qane edəcək qərarların tapılmasında təşəbbüslərini davam etdirəcəkdir. Biz bu məsələdə beynəlxalq hüquqa, dövlətlərin ərazi bütövlüyü prinsiplərinə əsaslanırıq. Düşünürəm ki, bu prinsipdən çıxış etsək, istənilən halda münaqişənin həlli yolu tapılacaqdır. Çünki bu məsələ təkcə iki ölkə qarşısında deyil, bütün regionun qarşısında əsas vəzifə kimi durur.

Milli Məclisin Sədri Oqtay Əsədov isə demişdir ki, bugünədək münaqişənin həllində etimad mühitinin yaradılması üçün biz mədəniyyət, elm xadimlərinə dəstək vermişik. İndi də parlament diplomatiyasının inkişafına çalışırıq və hesab edirik ki, qarşı tərəf də bu işdə fəallıq göstərməlidir.

Qəbələ Radiolokasiya Stansiyasının (Qəbələ RLS) icarə müddətinin uzadılması haqqında Rusiya ilə Azərbaycan arasında aparılan danışıqların gedişinə toxunan V.Matviyenko demişdir ki, danışıqlar problemsiz davam etdirilir. Hər iki dövlətin Xarici İşlər və Müdafiə nazirlikləri arasında bir neçə mərhələdə danışıqlar keçirilmişdir. Mən əminəm ki, Qəbələ RLS ilə bağlı razılıq əldə olunacaqdır. Rusiya da, Azərbaycan da bunda maraqlıdır.

 

AzərTAc



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM