08 Avqust 2021 01:14
950
İQTİSADİYYAT
A- A+

Üzümçülük təsərrüfatlarında innovativ texnologiyaların tətbiqi məhsuldarlığı yüksəldib

 

İsmayıllı və Salyan rayonlarında üzümçülük təsərrüfatlarında aqrotexnoloji əməliyyatların həyata keçirilməsi və innovativ texnologiyaların tətbiqi ilə bağlı tarla seminarı keçirilib.

Tarla seminarı Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ) tərəfindən maliyyələşən “Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Peşə Təhsili və Təlimi” proqramı çərçivəsində baş tutub.

Tarla seminarının məqsədi İsmayıllı, Salyan rayonlarında Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM) üçün innovativ həll yolları və texnologiyaların tətbiqini nümayiş etdirmək, informasiya-məsləhət xidmətlərində yeni bacarıqlar formalaşdırmaqla mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək olmaqdır.

Layihə çərçivəsində İsmayıllı və Salyan Dövlət Aqrar İnkişaf Mərkəzləri hidravlik tarla kultivator və çiləyicilər ilə təmin edilib. Pilot layihə olaraq  9 fermerin üzüm sahəsində bu texnologiyaların istifadəsi nəticəsində məhsulun maya dəyəri 50 faizə qədər azalıb və məhsuldarlıq artıb.

Təlim çərçivəsində fermerlər kimyəvi çiləmələrin düzgün və səmərəli həyata keçirilməsi üçün çiləyici aparatının tarla şəraitində iş prinsipi ilə əyani tanış olublar. İnstitut mütəxəssisləri tərəfindən üzümün təhlükəli mildiu, oidium, boz çürümə, salxım yarpaqbükəni xəstəlik və zərərvericilərinə qarşı “Üzümlüklərdə kompleks kimyəvi mübarizə və yemləmə gübrəsinin hazırlanması üsulu” praktiki olaraq nümayiş etdirilib.

Qeyd edək ki, təlim Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) maliyyələşdirdiyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən icra edilən “Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi” regional proqramına əsasən həyata keçirilir və Salyan, Şamaxı və İsmayıllı DAİM-lərinin üzümçülük sahəsində potensialının inkişaf etdirilməsi məqsədi daşıyır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video