15:40 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Üzeyir bəy Hacıbəylinin iki əsəri haqqında

ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
01:27 26.08.2021

 

“Ər və arvad”

 

Şərqin ilk operettası olan “Ər və arvad” əsəri 1909-cu ildə Üzeyir Hacıbəylinin yaradıcılığında say etibarı ilə “Leyli və Məcnun” və  “Şeyx Sənan” operalarından sonra üçüncü yeri tutur. “Bakı” (rus dilində) qəzetinin1910-cu il 9 aprel tarixli nömrəsində belə bir xəbər çap edilmişdir: “ “Leyli və Məcnun” və  “Şeyx Sənan” ilk müsəlman operalarının müəllifi Üzeyir Hacıbəyov müsəlman səhnəsi üçün “Ər və arvad” adlı yeni operetta yazmışdır. Operetta baxılmaq üçün “Nicat” cəmiyyətinin teatr-ədəbiyyat komissiyasına təqdim edilmişdir”. Musiqili komediya 3 pərdəlidir. Librettosu da bəstəkarındır. Əsərin ideyası ağıllı və tədbirli arvadın (Minnət xanım) müflisləşmiş və düşkünləşmiş ərindən (Mərcan bəy) mənəviyyatca üstünlüyünü açıb göstərməkdir. Musiqili komediyada Minnətin məsləhətçisinə və müttəfiqinə çevrilən namuslu, vicdanlı nökər obrazının böyük rəğbətlə yaradılması o dövr Azərbaycan cəmiyyətində gedən demokratikləşmə prosesinin təzahürü idi. Operettanın ilk tamaşası 110 il bundan əvvəl - 1910-cu il mayın 24-də Bakıda, Nikitin qardaşlarının teatr-sirkinin səhnəsində göstərilmişdir.

Hüseynqulu Sarabski (Marjan bəy), Əhməd Ağdamski (Minnat xanım), M.H.Terequlov (Safi) və Mirzağa Əliyev (Kerbelayi Gubad) aparıcı hissələrlə çıxış etmiş, tamaşanın baş rejissoru Hüseyn Ərəblinski olmuşdur.  Üzeyir Hacıbəyov isə dirijor idi. “Ər və arvad” operettası sonradan Naxçıvan, Ağdam və Şəki kimi digər teatrlarda səhnələşdirilmişdir.100 illik fasilədən sonra “Ər və arvad” operettasının ilk premyerası 2010-cu ildə olub.Tamaşanın quruluşçu rejissoru Yusif Əkbərov, dirijoru Nazim Hacıəlibəyov, rəssamı Eldar Qurbanov, baletmeysterlər Zakir və Yelena Ağayevlər, xormeyster Vaqif Məstanovdur. Rollarda xalq artistləri İlham Namiq Kamal, Yaşar Nuri, Afaq Bəşirqızı, Fatma Mahmudova, Arif Quliyev və başqaları çıxış etmişlər.

 

“Şah Abbas və Xurşid Banu”

 

Üzeyir bəy Hacıbəyli dördüncü muğam operası olan “Şah Abbas və Xurşid Banu”əsərini 1911-ci ildə yazmışdır. Operanın mətni 1912-ci il fevral ayının əvvəllərində Bakıda Orucov qardaşlarının mətbəəsində çap edilmişdir. Əsəri səhnədə göstərmək üçün icazə Qafqaz canişini dəftərxanası tərəfindən 1912-ci il martın 5-də verilmişdir. Librettosu Ü.Hacıbəylinindir. Azərbaycan xalq nağılının motivləri əsasında yazılmış əsər 4 pərdəli, 6 şəkillidir.

Opera ilk dəfə 1912-ci il martın 10-da (23-də) Nikitin qardaşlarının sirkində tamaşaya qoyulmuşdur. C.Cabbarlı adına teatr muzeyində saxlanılan tamaşa proqramları əsasında müəyyən edilmişdir ki, opera 1912-ci il oktyabrın 26-da və noyabrın 16-da Tağıyev Teatrı səhnəsində də göstərilmişdir. Tamaşanın rejissoru H. Ərəblinski, dirijoru M. Maqomayev idi. Rollarda H. Sarabski (Şah Abbas), Ə. Ağdamski (Xurşid Banu), H. Terequlov (Məstavər) və başqaları çıxış etmişlər. Rza Darablı “Şah Abbas və Xurşid Banu” operasında aşpaz Məstavər rolunu ifa etmişdir. Opera Azərbaycan səhnəsində 30-cu illərədək tamaşaya qoyulmuşdur.

Əvvəlki operalarından fərqli olaraq xoşbəxt sonluqla bitən bu əsərin qəhrəmanı mənsəbpərəst və şöhrətpərəst şaha qalib gəlmiş sadə odunçu qızıdır. Əsərdə ülvi məhəbbət zəfər çalır. Hacıbəylinin əvvəlki əsərlərindəki kimi, burada da muğamlardan geniş istifadə olunur. Lakin əsərdə müəllif materialı xeyli artırılmışdır ki, bu da onun yaradıcılıq inkişafına dəlalət edir. Ü. Hacıbəyli qəhrəmanların fərdi xüsusiyyətlərini əks etdirən musiqi yarada bilmişdir. Operada ən böyük uğur Şah Abbasın partiyasıdır. Muğam operalarında ilk dəfə olaraq ənənəvi-klassik tipli ariya səslənmişdir (birinci pərdədə).

Lakin bununla belə bu ariyada milli lad-intonasiyası da aydın hiss olunur. Ariya dramaturji cəhətdən də çox maraqlıdır. Burada Şah Abbas obrazı hərtərəfli təsvir olunur, onun həm xəyalpərəst, şairanə, dərin hisslərlə yaşayan bir şəxs, həm də hökmran, qətiyyətli bir şah olması açıqlanır. Ariyanın iki planlı məzmunu bir tərəfdən-lirik, yumşaq, digər tərəfdən isə-marşabənzər ruhda olub, Heyratı zərbi muğamını xatırladır. Operada Xurşid Banunun birinci pərdədəki ariyası, Məstavərin partiyası da müəllif musiqisi ilə ifadə olunur. Ü.Hacıbəylı üçün ənənəvi olan musiqi tərzi və yeni musiqi ifadələri bəstəkarın əvvəllər istifadə etdiyi musiqi vasitələrini xeyli genişləndirmiş, operanın böyük müvəffəqiyyətinə səbəb olmuşdu.

 

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM