19 Fevral 2012 12:02
549
Oxucu məktubları
A- A+

Ustad dərsi

 

Bakı Musiqi Akademiyasının professoru, görkəmli bəstəkar, xalq artisti, "Şöhrət" ordenli Musa Mirzəyev 10 ildən artıqdır ki, Astara Uşaq Musiqi Məktəbi ilə sıx əlaqə saxlayır, müəllim və şagirdlərlə görüşür, ildə 2 dəfə ustad dərsləri keçir, məsləhətlər verir.

Musa müəllim məktəbə bağlılığını belə izah edir:

- Məktəbdə müəllimlərin musiqi alətlərində çalğını, muğamları, xalq və bəstəkar mahnılarını ifa etməyi öyrətmək bacarığı məni razı salır. Yaxşı haldır ki, məktəbin şagirdləri festivallarda, muğam müsabiqələrində uğurla çıxış edir, fəxri yerlər tuturlar. Onu da deyim ki, bu məktəbdə çalışan müəllimlərin bir neçəsi Musiqi Akademiyasının məzunudur, bir neçəsi isə hazırda orada qiyabi təhsil alır. Fortepiano sinfində keçirilən dərsdə iştirak edərkən Aybəniz Dadaşovanın şagirdlərə ustalıqla dərs keçdiyinin şahidi oldum. Əminəm ki, bu məktəbin yetirmələri gələcəkdə daha çox uğurlar qazanacaqlar.

Artıq görkəmli bəstəkar Musa Mirzəyevin Astara Uşaq Musiqi Məktəbinə göstərdiyi qayğı öz bəhrəsini verməkdədir. Respublikamızda keçirilən müsabiqələrdə məktəbin şagirdləri həmişə uğurla çıxış edir, ifaları yüksək qiymətləndirilir.

Astaranın əsrarəngiz gözəlliyi ilə bərabər istedadlı uşaq və gəncləri də çoxdur. Elə bu səbəbdəndir ki, hər iki ildən bir Astarada Respublika Uşaq Muğam Müsabiqəsi keçirilir.

Məktəbin direktoru Şamil Bayramov deyir ki, bu məktəb 42 ildir fəaliyyət göstərir. Musa müəllimin məktəbimizlə sıx əlaqə saxlaması, ustad dərsləri keçməsi gənc musiqiçilərin yetişməsində önəmli rol oynayır.

 

Sakitağa KƏRİMOV,

"Astara" qəzetinin redaktoru

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video