20 Aprel 2021 00:25
672
DÜNYA
A- A+

ÜST koronavirusun yayılmasını təhlükəli tendensiya sayır

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) son həftələr koronavirusa yoluxma və ölüm hallarının sayının artmasını təhlükəli tendensiya hesab edir. Bu barədə ÜST-ün Rusiyadakı nümayəndəsi Melita Vuynoviç TASS agentliyinə müsahibəsində məlumat vermişdir.

Vuynoviç qeyd etmişdir ki, ötən həftə yeni yoluxma və ölüm hallarının sayına görə dördüncü həftə idi. Bu, təhlükəli tendensiyadır, çünki virusun variantlarının ortaya çıxmasının, məhdudlaşdırıcı tədbirlərin ləğv olunmasının və peyvəndlərin ölkələr arasında ədalətsiz bölüşdürülməsinin təsiri özünü açıq-aşkar göstərir.

ÜST-ün nümayəndəsi Rusiya ilə Türkiyə arasında təyyarə uçuşlarının məhdudlaşdırılmasını şərh edərkən bildirmişdir ki, təmsil etdiyi təşkilat beynəlxalq səyahətlər zamanı riskləri qiymətləndirməyi və təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirməyi tövsiyə edir: “ÜST hər şeydən əvvəl beynəlxalq səyahətlərdə COVID-19-un yayılması riskini azaltmaq üçün tədbirlər həyata keçirmək tövsiyəsini zaman-zaman təkrarlayır. ÜST belə tövsiyələri hazırlayıb keçən ilin  dekabrında bütün ölkələrə təqdim etmişdir. Tövsiyələr o vaxtdan bəri mütəmadi olaraq yenilənir”.

Vuynoviç vurğulamışdır ki, koronavirusun narahatlıq doğuran yeni variantlarının peyda olması sürətlənir. O, əlavə edərək demişdir: “ÜST tövsiyə edir ki, yeni ştamların yayılmasını məhdudlaşdırmaq üçün tətbiq olunan bütün tədbirlər zaman keçdikcə yenidən nəzərdən keçirilsin, epidemioloji vəziyyətə və şəraitə əsaslansın”.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video