12 Oktyabr 2012 02:10
456
PARLAMENT
A- A+

Uşaqlara qarşı zorakılıqla mübarizə kampaniyası uğurla davam edir

 

Avropa Şurasının Uşaqlara qarşı zorakılıqla mübarizə kampaniyası çərçivəsində   oktyabrın 11-də YAP Suraxanı rayon təşkilatında Bakı şəhərinin 11 rayonunun polis şöbələrində fəaliyyət göstərən uşaqlarla iş strukturlarının nümayəndələri ilə Almaniya Psixoloji Mərkəzinin əməkdaşı Qalina Heynzelmanın görüşü keçirildi.

Görüşü açan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədr müavini, Avropa Şurasının Uşaqlara qarşı zorakılıqla mübarizə kampaniyasının Azərbaycan üzrə koordinatoru Sevinc Fətəliyeva bildirdi ki, Avropa Şurasının bu kampaniyası ölkəmizdə uğurla davam etdirilir və bu sahədə bir sıra müvəffəqiyyətlərə nail olunmuşdur. Deputat diqqətə çatdırdı ki, hər sessiyada Avropa Şurasında uşaqlara qarşı zorakılıqla mübarizəyə dair bülleten çap olunur. Bu ilin oktyabr ayının bülletenində Azərbaycanda bu sahədə görülən işlərə dair yazı dərc olunmuşdur. Sevinc Fətəliyeva qeyd etdi ki, bu kampaniya çərçivəsində Qalina xanım dəfələrlə Azərbaycanda olmuş, məktəblərdə, idman müəssisələrində görüşlər keçirmiş, uşaqlara müəyyən situasiyalarda özlərini necə aparmaq barədə məsləhətlər vermiş, öz təcrübəsini bölüşmüşdür.

Çıxış edən psixoloq Qalina Heynzelman bildirdi ki, Almaniyada uşaqlara qarşı zorakılığın qarşısının alınmasında polis mühüm rol oynayır, bağça və məktəblərdə davamlı iş aparırlar. Qeyd olundu ki, zorakılığa məruz qalan uşaqların səhhətlərində gələcəkdə hər hansı problemlərin yaranması riski artdığına görə onlarla psixoloji söhbətlərin aparılması çox vacibdir. Sonra polis şöbələrinin nümayəndələri Azərbaycanda bu sahədə görülən işlər və polisin bu sahədəki iş metodları barədə məlumat verdilər. Söhbət zamanı polis şöbələrində psixoloq ştatının olmasının vacibliyi diqqətə çatdırıldı.

*   *   *

Həmin gün Avropa Şurasının Uşaqlara qarşı zorakılıqla mübarizə kampaniyası çərçivəsində Milli Məclisdə dəyirmi masa keçirildi. "Dəyirmi masa"da Milli Məclisin deputatı Sevinc Fətəliyeva, Milli Məclis Aparatının şöbə müdiri Adilə Abbasova, Almaniya Psixoloji Mərkəzinin əməkdaşı Qalina Heynzelman və Azərbaycanda uşaq hüquqları sahəsində aktiv fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirdilər. Qonaqları salamlayan deputat Sevinc Fətəliyeva Azərbaycanda uşaqlara qarşı zorakılıqla mübarizə sahəsində qeyri-hökumət təşkilatlarının rolunu yüksək qiymətləndirdi. Bildirdi ki, bu sahədə ölkəmizdə xeyli işlər görülmüş və Milli Məclis tərəfindən lazımi qanunvericilik bazası yaradılmışdır.

"Dəyirmi masa"da çıxış edən Qalina Heynzelman uşaqlara qarşı zorakılığın qarşısının alınması istiqamətində Almaniya hökumətinin həyata keçirdiyi tədbirlər və ölkəsinin bu sahədə təcrübəsi barədə danışdı.

Sonra Milli Məclis Aparatının şöbə müdiri Adilə Abbasova uşaq hüquqları sahəsində Azərbaycanda yaradılmış qanunvericilik bazası barədə ətraflı məlumat verdi. Bildirdi ki, bununla bağlı ölkəmizdə 10-a yaxın qanun qəbul edilmiş və bu sahə daim Milli Məclisin diqqət mərkəzindədir. "Dəyirmi masa"da qeyri-hökumət təşkilatlarının nümayəndələri də mövzu ilə bağlı öz fikirlərini bölüşdülər.

Tədbirdə "Biz zorakılığa yox deyirik" adlı sosial reklam çarxı da nümayiş etdirildi.

 

Milli Məclisin mətbuat xidməti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video