06 Oktyabr 2012 04:10
268
PARLAMENT
A- A+

Uruqvay Azərbaycanla əməkdaşlığa böyük önəm verir

 

Oktyabrın 5-də Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Uruqvay Şərq Respublikası Nümayəndələr Palatasının xarici əlaqələr daimi komissiyasının sədri, Uruqvay-Azərbaycan dostluq qrupunun rəhbəri Mario Jaime Trobonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan Oqtay Əsədov bildirib ki, bu cür səfərlər parlamentlərarası əlaqələrin daha da möhkəmlənməsinə səbəb olur. Sədrin sözlərinə görə, Azərbaycan Latın Amerikası ölkələri ilə əlaqələrə böyük önəm verir. Bu ölkələrdən biri də Uruqvaydır. Son zamanlar iki ölkə arasında siyasi əlaqələr inkişaf edir. Xarici işlər nazirlərinin görüşləri və imzalanan sənədlər isə bu əlaqələri daha da genişləndirəcək.

Milli Məclisin Sədri diqqətə çatdırıb ki, Azərbaycan bu əlaqələrin beynəlxalq təşkilatlarda da inkişaf etdirilməsinin tərəfdarıdır: "Biz istəyirik ki, Parlamentlərarası İttifaq Assambleyasının 2014-cü ildə iclası Azərbaycanda keçirilsin. Artıq bununla bağlı müraciət etmişik. İstərdik ki, Uruqvay da bu məsələdə Azərbaycanı dəstəkləsin. Hər iki ölkənin dostluq qrupları mövcuddur. İkitərəfli əlaqələr dostluq qruplarının vasitəsilə daha da möhkəmlənir. Spikerlərin qarşılıqlı görüşləri də ölkələrimiz arasında  münasibətlərin dərinləşməsinə xidmət edir".

Oqtay Əsədov onu da vurğulayıb ki, Azərbaycan Cənubi Qafqazın lider ölkəsidir. Regionun ümumi daxili məhsulunun 80 faizi Azərbaycanın payına düşür. Ancaq inkişafa mane olan problemlər mövcuddur. Onlardan biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemidir. Bir çox beynəlxalq təşkilatların bu münaqişə ilə bağlı bəyanatları olsa da, işğalçı ölkə buna məhəl qoymur. Ermənistan sülh danışıqlarını uzatmaqla mövcud status-kvonu saxlamağa çalışır. Azərbaycan dövləti bu məsələnin ölkənin ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüquq prinsiplərinə uyğun sülh yolu ilə həllinə tərəfdardır.

 Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri sırasına qoşulduğunu söyləyən Mario Jaime Trobo isə qeyd edib ki, Cənubi Qafqazın lideri olan bir ölkə ilə əlaqələri inkişaf etdirmək Uruqvay üçün çox vacibdir. Onun sözlərinə görə, son zamanlar Azərbaycan Latın Amerikası ölkələri ilə əlaqələri daha da inkişaf etdirməyə başlayıb. Bunu müsbət qiymətləndirən qonaq qeyd edib ki, Uruqvay bütün problemlərin hüquqi səviyyədə həll olunmasının tərəfdarıdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

 

"Azərbaycan",  

Fərman Bağırov (foto)

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video