31 Oktyabr 2013 01:10
480
PARLAMENT
A- A+

Uruqvay Azərbaycan ilə bütün sahələrdə əməkdaşlıq etmək niyyətindədir

 

Oktyabrın 30-da Azərbaycanda səfərdə olan Uruqvay Respublikası parlamentinin nümayəndə heyəti ilə Milli Məclisin Uruqvay-Azərbaycan parlamentlərarası işçi qrupunun üzvləri arasında görüş olmuşdur.

Qonaqları salamlayan işçi qrupunun rəhbəri Cavanşir Feyziyev iki dövlət arasında diplomatik münasibətlərin 1995-ci ildə qurulduğunu diqqətə çatdırılmışdır. Bildirmişdir ki, artıq bir sıra qarşılıqlı səfərlər həyata keçirilmiş və mövcud əlaqələrin daha da genişləndirilməsi üçün əlverişli şərait yaradılmışdır.

Azərbaycan haqqında qonaqlara məlumat verən C.Feyziyev bildirmişdir ki, rəsmi Bakı dünyanın bütün dövlətləri ilə əməkdaşlıq əlaqələri qurmaq istəyir. Böyük neft və qaz ixrac etmək potensialına malik olan Azərbaycan sürətlə inkişaf etməkdədir. Hazırda Azərbaycanın neftdən gələn gəlirinin böyük hissəsi qeyri-neft sektorunun inkişafına yönəldilir. Bu gələcəkdə Azərbaycanın davamlı iqtisadi inkişafını təmin edəcəkdir.  

İqtisadi-siyasi və digər sahələrdə faydalı əməkdaşlığın davam etdirilməsi üçün ölkəmizdə Uruqvay Respublikasının səfirliyinin açılmasının zəruri olduğunu bildirən C.Feyziyev bu addımın ölkələrimiz arasında əlaqələrin daha da inkişafına şərait yaradacağını nəzərə çatdırmışdır.

Səmimi görüşə görə təşəkkürünü bildirən Uruqvay Respublikası parlamentinin nümayəndə heyətinin rəhbəri Doren Xavyer İbora demişdir ki, Azərbaycanın sürətli iqtisadi inkişafı cəlbedicidir. Uruqvay Azərbaycan ilə bütün sahələrdə, o cümlədən enerji sahəsində əməkdaşlıq etmək niyyətindədir. Qarşılıqlı əməkdaşlığın genişləndirilməsi üçün yaradılmış əlaqələrdən səmərəli istifadənin zəruriliyini bildirən qonaq, Azərbaycanın beynəlxalq aləmdə fəal siyasət apardığını söyləmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video